Daşkənddə Ramiz Əskərin Özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib - (+FOTOLAR)

Daşkənddə Ramiz Əskərin Özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib (+FOTOLAR)

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı tanınmış türkoloq alim, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əskərlə görüş keçirilmiş və alimin Özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib.
Tədbirdə Özbəkistan ədəbiyyatının nümayəndələri, alimlər, tərcüməçilər, yerli azərbaycanlılar və mətbuat nümayəndələri iştirak etmişlər.
İlk öncə iştirakçılar Ramiz Əskər yaradıcılığı, onun Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri, kitablarının sərgisi ilə tanış oldular.
Tədbirdəməruzə ilə çıxış edən Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ramiz Əskər yaradıcılığı haqqında danışaraq, alimin hazırladığı tədqiqat əsərlərinin, Özbək və digər türk xalqlarının ədəbiyyatından etdiyi tərcümələri yüksək qiymətləndirmiş, yaratdığı əsərlərlə iki xalq arasında möhkəm dostluq körpüsü yaratdığını qeyd edib.
Daha sonra diplomat Ramiz Əskərin tərcümə fəaliyyəti, onun “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri: “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitabları haqqında məlumat verib, özbək ədəbiyyatı ilə əlaqədar Ramiz Əskərin 100-dək məqaləsinin dərc olunduğunu söyləyib.
Samir Abbasov ölkə rəhbərliyinin Ramiz Əskərin fəaliyyətinə yüksək qiymət verdiyini 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə alim “Şöhrət” ordeni ilə təltif edildiyini vurğuladı.
Daha sonra tədbirin moderatoru, şair-tərcüməçi Babaxan Şərif çıxış edərək 40 ildən artıq bir zamanda mətbuat sahəsində fəaliyyət göstərən Ramiz Əskərin jurnalistika fəaliyyəti, onun ədəbiyyatımızda mövqeyi, yaratdığı zəngin irs haqqında danışmış, türk ədəbiyyatına dair ümumilikdə 65 kitabın hazırlanmasında xidmətlərini xüsusi qeyd etmişdir. Babaxan Şərif Ramiz Əskərin türk xalqlarının ədəbiyyatını Azərbaycan dilinə çevirərək oxuculara çatdırılmasını Özbək ədəbiyyatı üçün də böyük töhvə adlandırdı.
Özbək alim, tərcüməçi Karim Baxriyev, Mahmud Yuldaşov öz çıxışlarında Özbəkistanrəhbərliyinin Özbək ədəbiyyatına qayğısını yüksək qiymətləndirdiyini qeyd etmiş və alimə BeynəlxalqBaburfondununqərarıiləlaureatadıverildiyini söyləyiblər.
Tarixçi alim Şuxrat Salamov türkdilli xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışmış, bu işdə alimlərin, ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, Özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin irsinin tədqiqi, şairin Xəmsəsinin Azərbaycan dilinə çevirməsi ilə əlaqədar Ramiz Əskərə Özbəkistanın Nəvai şəhərinin fəxri vətəndaşı adı verildiyini qeyd edib.
Ədəbiyyatşünas alim – Gülbahar AşurovaRamiz Əskərin əsərləri, onun türk xalqlarının ədəbiyyatlarının yaxınlaşmasında xidmətlərindən danışıblar. Onun Özbək ədəbiyyatı ilə yanaşı Türkmənistan, Türkiyə, Qırğızıstan və Qazaxıstanla da bağlı maraqlı tədqiqatlar apardığını söyləyib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !