1 ay davam edən Peşəbook layihəsinin müddəti başa çatdı - (+FOTOLAR)

1 ay davam edən Peşəbook layihəsinin müddəti başa çatdı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Yanvarın 10-u "Mədəni Niyyət" intəşkilatçılığı və Dünya Bankı Qrupu Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Peşəbook layihəsi start götürdü. 1 ay davam edən layihə müddətində xüsusi qayğıya ehtiyacı olan 5 gənc öz maraq dairələrinə uyğun olaraq, parça üzərində işləmə, buket dizaynı, vizaj və qrim, şirniyyat bəzədilməsi və İT dərslərində iştirak edirlər. Beləliklə, gələcəkdə arzusunda olduqları sahələrdə çalışa bilmək üçün bir addım atırlar. "Mədəni Niyyət" Peşəbook-un “Yol ilk addımdan başlayır” devizi ilə uğurla fəaliyyətini davam etdirən pilot layihəsindən yola çıxaraq, layihənin daha geniş miqyaslı və uzun müddətli olması üçün çalışmaqdadır.
Peşəbook layihəsi xeyriyyə sahəsində davamlı olaraq müxtəlif layihələr həyata keçirən "Mədəni Niyyət" xeyriyyə platformasının ən yeni layihələrindən biridir. Bir ay boyunca davam edən pilot layihə və onun davamı müddətində gözlədiyimiz nəticələr böyükdür.

“Mədəni Niyyət” 2015-ci ildə xeyriyyə platforması kimi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində layihələr həyata keçirmək məqsədilə təsis olunmuşdur. Platforma, özünü cəmiyyətdən kənar hiss edən insanların, cəmiyyətin mədəni həyatında kiçik layihələrlə aktiv iştirakını təmin edir.

Bu platform daxilində indiyə qədər Narkoloji dispanserdə, Psixiatrik xəstəxanada, qadın və uşaq sığınacağında ,Onkoloji Mərkəzdə bir sıra mədəni və social layihələr həyata keçirilib.

 

Təşəkkürlər:
Amburan Beach Club, Cake Bake, Fleur Privee, Modaart Fashion School, Beauty Academy by Anar Ağakişiyev, Müşviq Əlil uşaqlara yardım ictimai birliyi, “Bir” Tələbə-Könüllü Proqramı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !