Zərdab rayonunda həyata keçirilən Region gənclərindən ictimai fəallığa ilk addım layihəsinin icrası davam edir - (+FOTOLAR)

Zərdab rayonunda həyata keçirilən “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrası davam edir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyi tərəfindən Zərdab rayonunda həyata keçirilən “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrası davam edir.

8,9,10 fevral 2019-cu il tarixdə icra planına uyğun olaraq Zərdab şəhərində 25 nəfər fəal gəncin iştirakı ilə 3 günlük “Fəalar klubu” adlı təlimlər keçirildi. Nəzərə çatdıraq ki, “Fəallar klubu”nun iştirakçılarının seçilməsi xüsusi formada aparılmışdır. Layihə çərçivəsində keçirilmiş fotomüsabiqədə iştirak etmiş və kənd İcra Nümayəndəlikləri vasitəsilə dəvət olunmuş gənclər xüsusi anketləri dolduraraq seçim komissiyasının müsahibəsindən keçərək seçilmişlər.

“Fəallar klubu” kəndli gənclərin 3 gün ərzində ünsiyyət qura biləcəyi, çıxış edə biləcəyi məkan oladu. 3 günlük təlim gənclərin ictimai fəallığına mane olan psixoloji kompleksi aradan qaldırdı. Gənclər “Fəallar klubu”da iştirak etməklə ünsiyyət qurmaq, qrupda işləmək vərdişləri və özlərinə daha cox dostlar qazandılar. Gənclər qruplara bölünərək aktual mövzular üzərində işləyərək təqdimatlar hazırladılar. Mövzular üzrə ekper qiymətləndirilməsi təmin edildi.

Tədbirdə Zərdab Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ələkbər Kərimov da iştirak etdi. Iştirakçılara dəftərxana materialları və bukletlər paylandı, nahar və çay-kofe fasiləsi oldu.

Qeyd edək ki laiyhənin icra müddəti 3 aydır. Layihənin məqsədi regionun kəndli gənclərinin ictimai fəllığını artırmaqdan ibarətdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !