BP Azərbaycan şirkəti ilə YT Park arasında əməkdaşlıq əlaqələri qurulur - (+FOTOLAR)

“BP Azərbaycan” şirkəti ilə YT Park arasında əməkdaşlıq əlaqələri qurulur (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, fevralın 12-də “BP Azərbaycan” şirkətinin Ekoloji Qrupu və Aviasiya Xidmətindən olan nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq, eyni zamanda əməkdaşlıq əlaqələrinin qurulması olub.

“BP Azərbaycan” şirkətindən olan nümayəndə heyətinə Səngəçal terminal və Azərbaycan boru kəmərləri üzrə ekologiyaya dair qrup rəhbəri Nicat Həsənov, Dəniz və sahilyanı ekoloji monitorinq üzrə müşavir Nərgiz Qaracayeva, Tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova və Aviasiya qrupunun məsləhətçisi Cəlal Rəhimov daxil idi.

Qonaqları YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşaiyət ediblər.

Əvvəlcə Nazim Şükürov YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi qurumun əsas məqsədlərindəndir.

YT Parkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanların yaradıldığını deyən alim qeyd edib ki, burada müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. Parkın əsas fəaliyyət istiqamətlərindən biri də elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalıdır.

N.Şükürov YT Parkın rezidentlərindən olan “Elm və Texnologiya Parkı” MMC-nin istehsal etdiyi dronların AMEA-nın elmi müəssisə və təşkilatlarında elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə edildiyini diqqətə çatdırıb.

Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Mərkəzin müdir müavini Kamal Yusifov onlara laboratoriya avadanlıqları, imkanları və burada göstərilən xidmətlər barədə geniş məlumat verib. O, müəssisənin əsas fəaliyyət istiqamətlərindən söz açaraq, laboratoriyanın sınaq otaqlarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq sınaq metodlarına uyğun tam komplektə edilmiş analitik laboratoriya gələcəkdə AMEA və respublikamızın hüdudlarından kənarda çalışan alimlər üçün fundamental tədqiqat mərkəzinə çevriləcək. Mərkəz sınaq nəticələrinin obyektivliyi və dəqiqliyini təmin etmək, sınaq avadanlığı və ölçmə vasitələrini lazımi səviyyədə saxlamaq, onların xidmət səviyyəsi və təmirini həyata keçirmək və s. kimi vəzifələri yerinə yetirəcək.

Daha sonra “BP Azərbaycan” şirkətinin əməkdaşlarına YT Parkda kükürdlü birləşmələrin təyini üçün nəzərdə tutulmuş avadanlıqların əsas xüsusiyyətləri, onların digər xromatoqraflardan, neft-kimya avadanlıqlarından üstünlükləri haqqında məlumat verilib. Bildirilib ki, geniş təyinata malik, çoxprofilli avadanlıqlardan neftdən çirklənmiş torpaqların təmizlənməsində istifadə oluna bilər.

Qonaqlara YT Parkda aparılan multidissiplinar təhlillər, beynəlxalq sertifikatlı cihazlar, istehlak mallarında toksik elementlərin təyini və kristallaşmaların öyrənilməsinə dair avadanlıqlar barədə də ətraflı məlumat verilib.

Bundan əlavə, onlar AMEA-nın Təcrübə-Sənaye Zavodu (TSZ), o cümlədən İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsinə baş çəkərək, hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər, eləcə də “Elm və Texnologiya Parkı” MMC-nin istehsalat ərazisi ilə tanış olublar.

AMEA TSZ-nin direktoru Vasif Abbasov qonaqlara hazır məhsul anbarında toplanılmış mallar, burada istehsal olunan, yüksək keyfiyyətə malik sürtkü yağları barədə məlumat verib. Bildirib ki, satışa çıxarılan sürtkü yağları əsas etibarilə yerli məhsullardan, mineral yağlardan istifadə əsasında hazırlanır.

“Millers Oils Azerbaijan” MMC-nin direktoru, tex.ü.f.d. Sənan Məmmədov rəhbərlik etdiyi şirkətin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, buraya dəniz dizel yağları, yanacaq qatqıları, yüksək keyfiyyətli avtomobil sürtkü yağlarının istehsalı və s. daxildir.

Həmçinin qonaqların nəzərinə çatdırılıb ki, YT Parkın mütəxəssisləri tərəfindən dronlarla bağlı dərs vəsaiti hazırlanmış, qiymətləndirilmə üçün AR Təhsil Nazirliyinə təqdim edilmişdir.

Sonda qonaqlar YT Parkda olan pilotsuz uçuş aparatlarına (dronlara) baxış keçiriblər. Bildirilib ki, YT Parkın rezidenti olan Elm və Texnologiya Parkı dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı işini həyata keçirir. Gələcəkdə bu kimi qurğuların təkmilləşdirilməsi və çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.

Görüş çərçivəsində, həmçinin YT Parkın mütəxəssisləri tərəfindən çoxsaylı suallar cavablandırılıb. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !