Respublikanın tanınmış neft mühəndisi Yaşar Əlyar oğlu İbrahimov vəfat edib -

Respublikanın tanınmış neft mühəndisi Yaşar Əlyar oğlu İbrahimov vəfat edib

Xatirə

 

Azərbaycan neft sənayesinə ağır itki üz vermişdir. Respublikanın zəngin təcrübəli neft mütəxəssisi Yaşar Əlyar oğlu İbrahimov uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.


Yaşar İbrahimov 14 may 1935-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. 1953-58-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-qaz yataqlarının istismarı üzrə dağ-mühəndis fakültəsində ali təhsil alaraq, neft mühəndisi ixtisasına yiyələnmişdi. İlk əmək fəaliyyətinə dövlət təyinatı ilə 1958-ci ildə keçmiş S.Orconikidze adına Neft-qazçıxarma İdarəsində adi operatorluqdan başlayaraq, sonrakı illərdə usta, mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis və idarə rəisi vəzifələrində çalışmışdı. İşə daim məsuliyyətlə, vicdanla yanaşması, dərin biliyi və peşəkarlığı, neftçi yoldaşları ilə səmimi münasibəti, eyni zamanda həqiqət naminə prinsipiallığı, obyektivliyi ona çalışdığı kollektivlərdə dərin hörmət qazandırmışdı.
İşə daim yaradıcılıqla yanaşması, əmək məhsuldarlığının, neft hasilatının artırılması, neftçi əməyinin yüngülləşdirilməsi məqsədilə istehsalata tətbiq edilən onlarla qitmətli səmərələşdirmə təklifləri onu respublikada təcrübəli, istedadlı bir neftçi-mühəndis kimi tanıtmışdı. Təsadüfi deyil ki, o, neftçıxarma işinin bacarıqlı mütəxəssisi və təşkilatçısı kimi 1980-ci ildə dövlət xətti ilə Kuba Xalq Respublikasına ezam edilmişdi.Orda çalışdığı 3 il ərzində Azərbaycan neftçisi adını daim yüksək tutaraq əzmkarlıqla çalışmış, yeni neft yataqlarının istismara verilməsində, kubalı gənc neftçilərin peşəkarlıqlarının yüksəldilməsində, neft hasilatının artırılmasında mühüm rol oynamışdı. Onun nəticəsi idi ki, Azadlıq adasının neft sənayesinin inkişafında səmərəli, qüsursuz xidmətlərinə görə Kubanın orden və mükafatlarına layiq görülmüşdü.
Uzaq bir ölkəyə üç illik xidməti ezamiyyətini ləyaqətlə, şərəflə başa vurduqdan, daha da zəngin təcrübə qazandıqdan sonra 1983-cü ildə doğma Azərbaycana qayıdan Yaşar İbrahimov ölkəmizin neft sənayesinin inkişafı naminə yüksək fəallıqla çalışmış, Vətənə ləyaqətlə xidmət göstərmişdir.
Yaşar müəllim həm də böyük ədəbiyyat həvəskarı idi. Azərbaycan poeziyasının korifeyləri Nizaminin, Nəsiminin, Füzulinin, S.Vurğunun, Bəxtiyar Vahabzadənin yaradıcılıqlarının vurğunu idi, özü də gənclik illərində gözəl şeirlər yazardı. Onun kiçik qardaşı, M.Qorki adına Ümumittifaq mükafat laureatı, Azərbaycanın tanınmış şairlərindən olan Vaqif İbrahim məhz Yaşar müəllimin şeirə-sənətə vurğunluğundan təsirlənərək şeir yazmağa başlamış, yüzlərlə populyar şeirlərin, poema və romanın, 10-a qədər şeir və publisistika kitablarının müəllifi olmuşdu.
Təəssüf ki, qardaşı Vaqif İbrahim kimi təsadüfi avtomobil qəzasına düşərək (taleyin acısı!..), sağlamlığını itirən veteran neftçi 2003-cü ildə 55 illik şərəfli əmək fəaliyyətinə son qoymalı olmuşdu.
Respublikamızın tanınmış, zəngin təcrübəyə malik istedadlı neftçisi Yaşar İbrahimovun əziz xatirəsi bir vaxt onunla çiyin-çiyinə çalışmış iş yoldaşlarının, onu səmimi, gözəl bir insan kimi tanıyanların yaddaşında daim yaşayacaqdır.
Allah o gözəl, nurlu insana rəhmət eləsin!

Yoldaşlarından bir qrup.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !