Q.Qarayevin ev muzeyində bəstəkarın anadan olmasının 101- ci ildönümünə həsr olunmuş tədbiri keçirilmişdir - (+FOTOLAR)

Q.Qarayevin ev muzeyində bəstəkarın anadan olmasının 101- ci ildönümünə həsr olunmuş tədbiri keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 8 fevral 2019-cu il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin Q.Qarayevin ev muzeyində bəstəkarın anadan olmasının 101- ci ildönümünə həsr olunmuş tədbiri keçirilmişdir. Tədbir interaktiv dərs və konsert formatında tərtib olunmuşdur.İlk öncə şagirdlər muzeydə sərgilənən eksponatlarla yaxından tanış olmuş, bəstəkarın həyat və yaradıcılıq yoluna maraqlı səyahət etmişdirlər. Ev muzeyinin direktoru , bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru , əməkdar mədəniyyət xadimi Alla Bayramovanın tərtib etdiyi maraqlı viktorinada məktəbin şagirdləri aktiv iştirak edərək, dahi bəstəkarın musiqi fəaliyyəti ilə bağlı suallara cavab vermişdirlər.

Daha sonra şagirdlərin ifasında musiqi çələngi təqdim olunmuşdur. Konsert proqramınaAzərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif alətlər üçün yazılmış əsərləri daxil edilmişdir. Şagirdlərin uğurlu ifasından sonra məktəbin direktoru, bəstəkar ,professor,əməkdar müəllim Adilə Yusifova müəllimləri səhnəyə dəvət edərək, onların zəhmətini qiymətləndirmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Sonda Q.Qarayevin ev muzeyinin direktoru Z.Bağırova-Qarayeva Adilə xanıma bu maraqlı tədbirə görə minnətdarlığını bildirdi, muzeyin ziyarətçilərin vasitəsilə daim yeniləndiyi fikrini əsas götürərək, tez-tez belə görüşlərin təşkil olunması zəruriətini xüsusilə vurğuladı.

 

 


A.Manafova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )