Təndir çörəyi və qadınla yüksələcək sürüklənən iqtisadiyyat - - Vüsalə Məmmədova yenə aranı qızışdırdı..(+FOTOLAR)

Təndir çörəyi və qadınla yüksələcək sürüklənən iqtisadiyyat - Vüsalə Məmmədova yenə aranı qızışdırdı..(+FOTOLAR)

Məhlədə təzə açılan mağazada hər gün iki ağ biləkli ağ arvad ağ undan ağappaq təndirə ağ çörək yapır. Düz bir həftədir ki, evə gələndə soruşmağa cəhd edirəm:

- Qara uu....

Cavan oğlan olan satıcı sözümü ağzıma təpir:

- İndi qurtardı!

Və ya:

- Birazdan olacaq!

Axırda dünən qayıtdım ki:

- Ta siz burda nağayrırsınız?

Nəticə - bu gün içəri girən kimi qara undan hazırlanmış isti təndir çörəyini kağıza büküb gülə-gülə mənə uzatdı 

Nəhayətində baxışaraq anlaşmağı öyrənməyinin mükafatı olaraq pulsuz marketoloq xidməti göstərim dedim:

- Sac çörəyi bişirmirsiz?

Təəccüblə:

- O nədir?

- Yuxarıdakı mağazada satırdılar. Sonra köçdülər... Bu ərazidə hamı sac çörəyini sevir...

İndi o sac çörəyi bişirənə qədər hər gün soruşacam 

Qısası, qadının sözünü kəsməkdənsə, axıra kimi dinləyin və biznesinizi inkişaf etdirin. O görən və duyandır. 

Şair deyib ki, sürüklənən iqtisadiyyat qadınla yüksələcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !