Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi - (+FOTOLAR)

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi (+FOTOLAR)

Milli Teatr gününü yeni tamaşanın premyerası ilə qeyd etmək Azərbaycan Dövlət
Musiqili Teatrında artıq ənənəyə çevrilib. Hər il Teatr bayramında yeni tamaşa ilə sevimli
tamaşaçıların görüşünə gəlmək istər teatrsevərlərə, istərsə də teatr kollektivinə böyük sevinc
gətirir. Teatrın builki hədiyyəsi isə balaca tamaşaçılar üçün hazırlanıb. Belə ki, 9 və 10 mart
tarixlərində saat 12:00-da kollektiv balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı
Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında
hazırlanan “Buratino” nağıl-tamaşası ilə gələcək. Dünyanın bir çox teatr məkanlarında
tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər
bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında
təqdim olunacaq. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında
məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb.
“Uzun illər “Buratino” filminin şöhrət qazanmasını nəzərə alaraq, ona səhnə həyatında
daha böyük məsuliyyətlə və xüsusi özəlliklə yanaşmışam. Filmdə səslənən bəstəkar Aleksey
Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda yer alıb və ən əsası,
mahnının sözləri doğma dilimizdə təqdim olunacaq. Əməkdar artistlər Səmayə Musayeva,
Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva,
Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn
Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə
Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayevin ifa etdikləri maraqlı
rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq. İnanıram ki, dünyanın bir çox
ölkələrində böyük maraqla qarşılanan "Buratino" Musiqili Teatrın təqdimatımda bizim
sevimli tamaşaçılarımız üçün də əsl bayrama çevriləcək”,-deyə E.Dadaşov quruluş verdiyi
tamaşa haqqında geniş məlumat verdi.
Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın
bədii rəhbəri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi
Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər,
quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc
Məmmədovadır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !