Sahibkarlarla görüş keçirilib - (+FOTOLAR)

Sahibkarlarla görüş keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarlagörüş keçirilib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində ətraf mühitə mənfi təsirlərin azaldılmasına nail olunması, onların fəaliyyətlərinin qanunvericilik prinsipləri əsasında qurulması, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi olub.

131 sahibkarın iştirakı ilə keçirilən görüşdə Bakı şəhərində yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, atmosferə atılmaların azaldılıması, plastik tullantıların düzgün idarə olunması, dənizə axıdılan axarların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb, istehsalat və istismar prosesində ekoloji tələblərin yerinə yetirilməsi, ətraf mühitin qorunmasında seçilən şirkətlərin motivasiyası müzakirə olunub. Sahibkarların üzləşdikləri çətinliklərin öyrənilməsində, monitorinq və araşdırmalar aparılarkən sahibkarlarla qarşılıqlı əməkdaşlığın qurulmasında, şəffaf icazə və rəy sisteminin yaradılmasında nazirliyin maraqlı olduğu onların diqqətinə çatdırılıb.Sonra sahibkarların müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !