AMEA Yüksək Texnologiyalar Parkında müasir texniki göstəricilərə malik antifrizlər istehsal edilir - (+FOTOLAR)

AMEA Yüksək Texnologiyalar Parkında müasir texniki göstəricilərə malik antifrizlər istehsal edilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d Nazim Şükürov, həmin müəssisənin infrastruktur üzrə director müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində olublar. Tədbirdə Agentliyin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, eləcə də həmin idarənin rəis müavinləri Əsədulla Səvzixanov və Mehman İbrahimov iştirak ediblər.

Əvvəlcə Nazim Şükürov YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühitin yaradılması, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

Sonra YT Parkda istehsal olunan sürtkü, mühərrik və sənaye yağlarının istehsalı və bu məhsulların dövlət satın alınması məsələlərinə dair müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

Görüşdə, həmçinin mənfi temperatur şəraitində daxili yanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan maye - antifrizlərdən istifadə ilə bağlı problemlərə də toxunulub. ¬Qeyd olunub ki, YT Parkda müasir texniki göstəricilərə malik, şaxtaya davamlılığı yüksək olan antifrizlər istehsal edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən olan mütəxəssislər YT Park və bu müəssisənin rezidentlərinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar sınaq məqsədilə YT Parkın istehsal etdiyi müxtəlif çeşidli məhsullardan istifadə etməkdə maraqlı olduqlarını bildiriblər.

Sonda YT Parkın strukturu və burada həyata keçirilən layihələrlə yaxından tanışlıq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən olan nümayəndələrin bu müəssisəyə səfəri ilə bağlı qərar qəbul edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !