AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir - (+FOTOLAR)

AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, fevralın 14-də “Elm və innovasiyalar” departamentinin təşkilatçılığı ilə “Maxtexno” şirkətinin direktoru İlqar Cəfərov və “ECOtech Solutions” şirkətinin rəhbəri Fədai Abdullayev Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup professor-müəllim heyəti ilə görüşüb.

Qonaqlarla görüşdə AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, “Azərbaycan Respublikasında telekomunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən AzTU-da təhsil, texnologiya və biznes səylərinin birləşdirilməsi istiqamətində mühüm işlər aparılır. Prorektor qeyd edib ki, bununla əlaqədar olaraq universitetin aidiyyatı fakültə və kafedralarında araşdırmalar aparılıb, bəzi istehsalat müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurulub. “Maxtexno” şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsinin də aparılan inkişaf prosesinin bir parçası olduğunu deyən professor İlham Pirməmmədov vurğulayıb ki, əsas hədəf elmlə biznes mühitinin yaxınlaşdırılması, inteqrasiyasıdır.

Görüşdə İlqar Cəfərov “Maxtexno” şirkəti ilə AzTU arasında bağlanılan müqavilənin detaları ilə bağlı, Fədai Abdullayev isə “Texnoparkların formalaşma mühiti” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, “Maxtexno” şirkəti ilə AzTU arasında bağlanılan müqaviləyə əsasən “Maxtexno” və “ECOtech Solutions” şirkətləri tərəfində tələbələrə təmənnasız seminarlar keçiriləcək. Bildirilib ki, layihə çərçivəsində yaxın zamanlarda AzTU-da yüksək standartlara cavab verən texnoparkın formalaşdırılması da nəzərdə tutulub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )