Hafiz Hacıyev: - "Bu qədər arsız millətik?"

Hafiz Hacıyev: "Bu qədər arsız millətik?"

 Mən nə sevmişəm, nə də sevilmişəm. Sərt adamam.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Adalet.az-a açıqlamasında vurğulayıb. H. Hacıyev Sevgilər günü ilə bağlı sorğumuza belə açıqlama verib:

"Sevgi məsələlərinə fikir verən adam deyiləm. Ona görə də nə sevgi, nə də məhəbbət mənə maraqlı deyil. Üstəlik ölkənin bu vəziyyətdə olması. Mənim sevgim Xocalıda ermənilərə girov düşən xanınmların taleyidi. Mənim məhəbbətim Xankəndində itkin düşmüş vətəndaşlarımızın ailərinin yaxşı olması deməkdir. Bu qədər qaçqın və məcburi köçkünü olan ölkənin nə sevgililər günü olmalıdır? Bu qədər arsız millətik? Nə qədər arsızlaşmışıq. Bizim başımızı belə şeylərlə qatırlar. Qarabağımızı unutmuşuq. Hansı sevgidən danışaq, ermənilərin əlində olan qız-gəlinlərimizin sevgisindənmi danışırıq? Ona görə də mən belə şeylərə çox pis baxıram. Beş-altı nəfər harınlanmış məmur var ki, onlar öz pulları hesabına 15-20 arvad saxlayırlar. Və bu arvadlara nələrsə ala bilərlər. Bizim evə çörək almağa imkanımız yoxdur. Hansı sevgidən danışırıq? Qarabağda əsir düşmüş Şahbaz və Diləqmin ailəsinin nigarançılığındamı? Gəlin belə şeyləri unudaq. Xalqımızı vətənpərvərlik ruhunda tərbiyə edək ki, Qarabağımız əldən gedir. Xocalıda əsir düşmüş qadınlarımızın erməniləridən övladları var. Bu biabırçılıqdır. Ona görə də heç bir sevgidən söhbət gedə bilməz."

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !