“YURDUMUZA BAHAR GƏLİR” - - Respublika Uşaq Rəsm Müsabiqəsi

“YURDUMUZA BAHAR GƏLİR” - Respublika Uşaq Rəsm Müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə milli adət-ənənələrimizin yeniyetmə və gənclər arasında təbliği, xalqmızın milli bayramı olan Novruz bayramı adətlərinə və rəmzlərinə hörmət, milli dəyərlərimizin təbliği və daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi olaraq hər il keçirilən  “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edir.

 

Müsabiqədə iştirak etmək istəyən 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il mart ayının 4-nədək Xətai Sənət Mərkəzinin whatsapp 051 310 74 01 nömrəsinə göndərməlidir.


• Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər və 12-17 yaş arası
• Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
• Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
• Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
• I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
• Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalına dəvət olunacaqdır.


Sərgi Xətai Sənət Mərkəzindəkeçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )