AzTU-nun nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub - (+FOTOLAR)

AzTU-nun nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, fevralın 15-də Azərbaycan Texniki Universitetinin (AzTU) elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub. Nümayəndə heyətinin tərkibinə AzTU-nun müxtəlif fakültə və kafedralarının rəhbərləri, eləcə də radiotexnika, avtomatika, elektronika, informasiya texnologiyaları və s. kimi sahələr üzrə mütəxəssisləri daxil edilib. Görüş ötən ilin 12 oktyabr tarixində YT Parkı ilə AzTU arasında imzalanmış əməkdaşlığa dair Niyyət Sazişi əsasında baş tutub. Məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq, eyni zamanda əməkdaşlıq əlaqələrinin qurulması olub. Əvvəlcə YT Parkın direktoru, dosent Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlandığı müəssisələrə baxış keçirilib. YT Parkda aparılan multidissiplinar təhlillər, beynəlxalq sertifikatlı cihazlar, istehlak mallarında toksik elementlərin təyini və kristallaşmaların öyrənilməsinə dair avadanlıqlarla da tanış olunub. Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti AzTU nümayəndələrinin böyük marağına səbəb olub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !