- AKİF AŞIRLI - 50

AKİF AŞIRLI - 50

Azərbaycan mətbuatında, elmində, ictimai-siyasi mühitində öz dəsti-xətti ilə seçilən, öz çəkisi və mövqeyi olan dostum, dəyərli ziyalı Akif Aşırlının doğum günüdür. 50 yaşı tamam olur.

Akif Aşırlı deyəndə heç şübhəsiz, ilk növbədə yada düşən “Şərq” qəzetidir. Akifin adı çəkiləndə neçə-neçə kitablar, elmi tədqiqatlar da göz önünə gəlir. Onun tarix üçün etdikləri haqqında ayrıca söz açılacaq, geniş danışılacaq mövzudur. Amma hesab edirəm ki, Akif Aşırlı imzasını Azərbaycanın ictimai rəyinə qazandıran jurnalistikadır, elə “Şərq”in özüdür.

Akif Aşırlı şərəfli və ləyaqətli simadır, jurnalistikada peşəkarlıq örnəyidir, məktəb yaratmış baş redaktordur. Akif Aşırlı eyni zamanda qayğıkeşdir, sadəqətlidir, prinsipialdır. Daxili təmizliyindən, saflığından irəli gələn çılğınlığı var.

50 yaşlı dostum əsl ideya adamıdır. Vətənpərvərliyini, doğma yurd-yuvasına, soykökünə bağlılığını yaradıcılıq müstəvisinə gətirməyi bacaran bütövlük nümunəsidir. Həm həssas yanaşmasına söykənən peşəkarlığına, həm də daxili keyfiyyətlərinə görə dostlarının, onu tanıyan hər kəsin sevimlisidir. Onu tanıyanlar və sevənlər isə əminəm ki, çoxdur.

Akif Aşırlını ürəkdən təbrik edirəm. Yaşadığı mənalı ömrü uzun olsun. Arzu edirəm ki, onu hər zaman sağlam və gümrah görək. 50 yaşının sevinc payı yeni yaradılıcıq uğurları da gətirsin. Nəcib əməllərə köklənmiş bu Vətən oğlunun uğurlarının davamlılığı ölkəmiz üçün faydalıdır.

50 yaşın mübarək, əziz dost! 

 

ƏFLATUN AMAŞOV

 

***

 

"Şərq"də gözəl bir gün, bayramdı. Kapitanımız Akif Aşırlının yubiley yaşına - "50"yə salam dediyi gündür.

Hardan baxsaq ŞƏRQ görünür.

Oturuşu, duruşu, danışığı ilə qoca şərqin əzəmətini, məğrurluğunu canında yaşadan böyük türkçü, ziyalı, gözəl qələm sahibini təkcə biz sevmirik.

Onu sevən minlərlə gözü yolda olan oxucusu, yüzlərlə tələbəsi, bir o qədər dostu, qardaşı var. Doğum günün qutlu olsun, əziz insan. Hələ qabaqda neçə-neçə uğurlar bizi gözləyir. Bu məmmləkətin sizin kimi aydınlara ehtiyacı var, bir daha yubiley yaşın mübarək olsun!

 

YUSİF NƏZƏRLİ

 

***

 

Akif Aşırlı bu məmləkətin qazancı olan şəxsiyyətlərdəndir. Varlığı, kimliyi, fəaliyyəti ilə cəmiyyətə urvat gətirən Akif bəyin kübar xarakterli davranışı onun düşüncəsinə, qələminə, baş redaktoru olduğu "Şərqi"nə hopub və bu insanın imzası altında təqdim olunan hər şey - əsəri olan qəzet də, yazdığı məqalələr də, tələbələrə keçdiyi dərslər də, şanlı tariximizə həsr etdiyi kitablar da, faktlarını dənə-dənə topladığı mətbuat muzeyi də, Azərbaycan dəyərlərini özündə göz bəbəyi kimi qoruyan salnamədir.
Varlığınız mübarək, Hoca. Sizinlə ünsiyyətdə olduğum hər anı ömrümə qənimət bilirəm. Daha sağlam, daha rahat yaşamağınız bizim - jurnalistlərin, oxucuların və Sizi tanıyan hər kəsin xeyrinədir. Bütün sabahlarınız xeyirli günlərə açılsın, DƏRDİŞ adam!

 

CEYHUN MUSAOĞLU

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )