Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib - (+FOTOLAR)

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib (+FOTOLAR)

Azərbaycan Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. MŞ sədri bildirib ki, Şura beynəlxalq media qurumları ilə əməkdaşlıq məsələlərinə Azərbaycan həqiqətlərinin xaricdə təbliği vasitəsi kimi önəm verir. Bu baxımdan ərəb ölkələrinin, ümumilikdə müsəlman dünyasının media qurumları ilə münasibətlərin saxlanılması olduqca önəmlidir.

MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, İH üzvləri - «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun, müstəqil jurnalist Azər Həsrətin iştirak etdiyi görüşdə Azərbaycan mediası ilə dünya mediası arasındakı əməkdaşlığın formaları, Azərbaycan həqiqətlərinin xaricdə təbliği məsələləri, həmçinin söz və ifadə azadlığı müstəvisində nəzərə çarpan meyllər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, ərəb ölkələrindən olan bir qrup jurnalist - Joseph Varghese («Culf Times» qəzetinin repartyoru, Qətər), Smail Tellai, («Al-Arab» qəzetinin perartyoru, Qətər), Mamdouh Fathy Abdelazim Raswan (“Al-Raya” qəzetinin şöbə müdiri, Qətər), Mohamed Mahmoud Sidi Mohamed (“Peninsula” qəzetinin reportyoru Qətər), Shawgi Mahadi Mustafa Bakhit (“Lusail” qəzetinin müxbiri, Qətər), Ahmed İbrahim A H Al-Mohannadi (“Al Sharq” qəzetinin müxbiri Qətər), Walden Susannah Mitchell (“Media Daily Star” qəzeti, Livan), Soulagr Georges (“Cumhuriyyə” qəzeti, Livan), El Zbaidi Michel (“Cadernews” saytı, Livan) fevralın 10-dan 16-dək ölkəmizdə səfərdədir. Onlar Mətbuat Şurası ilə yanaşı, bir sıra KİV-lərdə görüşlər keçirib, həmçinin ölkəmizi tarixi yerləri ilə tanışlıq aparıblar. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )