Foto məsləhətçi: - Canon EOS RP Təqdim Olundu

Foto məsləhətçi: Canon EOS RP Təqdim Olundu

Canon'un yeni fullframe sensorlu güzgüsüz fotoaparatı diqqət çəkən qiyməti ilə birlikdə rəsmi olaraq təqdim olundu. Görək Canon EOS RP bizə nələr təqdim edir?

 

 

 Kiçilən və yüngülləşdirən gövdəsiylə uyğun qiymətli Canon EOS RP!

 

 

 Canon'un ötən il tanıtdığı fullframe sensorlu güzgüsüz EOS R modelindən sonra, sinifə əlavə olunan ikinci modeli olan EOS RP sərgiyə çıxdı.

 

EOS R modelində olduğu kimi RF bağlantısını istifadə edən EOS RP, Canon EF və EF-S obyektivləri uyğun olaraq işlədə bilir. EOS RP 26.2 Meqapiksel sensoru ilə birlikdə EOS R'in 30.3 Meqapiksellik sensorunun bir az gerisində qalır.

 

6D Mark II ilə yaxın nəticələr verən EOS RP, 100 ilə 40000 İSO aralığına malik. 4779 fokus nöqtəsi olan EOS RP yüz faiz əhatə dairəsinə malik elektron bir gözlüyə malikdir. Minimum pərdə sürəti 30 saniyə, maksimum pərdə sürəti 1/4.000 saniyə olan Canon EOS RP‘də daxili bir flaş təəssüf ki yer almır. Ancaq əlbəttə ki, xarici olaraq taxa bilərsiniz.

 

MPEG-4 və H.264 video formatlarına dəstək verən fotoaparat saniyədə 24 kadr sürətində 4K video çəkiliş edə bilir. Tam dolu batareyayla 250 kadr çəkiliş edən fotoaparat 485 qram ağırlığa malikdir.

 

Mart ayında satışa təqdim olunacaq olan fullframe sensorlu güzgüsüz EOS RP'nin təkcə gövdəsi 1299 dollar. Əgər 24-105mm RF-mount obyektiv kiti ilə birlikdə almaq istəsəniz də 2399 dolları gözdən çıxarmağınız lazımdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !