“Dini radikalizm, erkən nikah və onların fəsadları”... - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

“Dini radikalizm, erkən nikah və onların fəsadları”... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə rayonun Parakənd qəsəbə tam orta məktəbində “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Vüqar Rzayev, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüqar Rzayev çıxışında keçirilən maarifləndirmə tədbirinin əhəmiyyəti və mövzunun aktuallığına diqqət çəkib.
Lənkəran ŞTŞ-nin əməkdaşı C.Axundzadə çıxışında gənclərin zərərli vərdişlərdən və erkən nikahlardan qorunmasının vacibliyi ilə bağlı fikirlərini bildirib. C.Axundzadə Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu vurğulayıb.
Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov çıxışında zərərli vərdişlər və erkən nikahların cəmiyyətimiz üçün mənfi fəsadlar yaratdığını diqqətə çatdırıb. O.Şahmarov erkən nikahlarla bağlı qanunvericiliyin müvafiq maddələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. E.Həmidli əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədi gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )