Respublikada ilk dəfə Region Gənclərinin I Sahibkarlıq Forumu həyata keçirilir - (+FOTOLAR)

Respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilir.

Forumun açılış məraimi və peşəkarların iştirakı ilə panellər Gəncə ş. Heydər Əliyev mərkəzində baş tutdu. Açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihə haqqında geniş məlumat verib: “Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhs gənclər arasında sahibkarlığın inkişafına həsr olunub. ”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq.Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətidir. İcra edəcəyimiz layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-Həsən Məmmədov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İRƏLİ İctimai Birliyinin sədri – Mirhəsən Seyidov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri-Səkinə Babayeva ,AzTEKSTİL MMC-nin təsisçi rəhbəri, uğurlu İş xanımı- Pərvanə İsgəndərova,Yatırımcı ve Sanayici İşadamları Derneğinin İdarə Heyyətinin üzvü/Sosyal Sorumluluk Proje Başkanı, Alfa Grup Eğitim Kurumları Qurucusu- Tuğba Koç Erciyas, Gəncə Gənclər Evinin rəhbəri- Amil Qurbanov,SAT Qrup Şirkətinin təsisçi və rəhbəri,Azad Qəhrəmanov, Azərbaycan Dövlət Aqrar Univeristetinin prorektoru Anar ,Peşəkar İdarəçi Fəxri Ağayev çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra spikerlərin çıxışları ilə panelə müzakirələri davam edib. 1-ci paneldə aşağıdakı spikerlərlə mövzular müzakirə olunub. 1)Biznes konsultant/təlimçi- Fəxri Ağayev- “Öz biznesinə başla” 2)AzTekstil MMC-nin rəhbəri, Tekstilçilər Assosiasiyasının həmtəsisçisi və idarə heyyəti üzvü – Pərvanə İsgəndərova- “İş həyatında QADIN” 4) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası-Məryəm Məcidova 5) Alfa Grup Eğitim Kurumları (Ankara), Kurucu-yönetici, Yatırımcı ve Sanayici İşadamları Derneği Yönetim Kurulu üyesi/Sosyal Sorumluluk Proje Başkanı- Tuğba Koç Erciyas – “Girişimciliğin Sihirli Duyquları”, “Öze inanmak, özden olmak” 6)SKAL (Beynəlxalq Turizm Peşəkarları təşkilatı Bakı Klubu) Bakı prezidenti- Ceyhun Aşurov – “Turizm sahəsində biznes imkanları və beynəlxalq təcrübə” 2-ci paneldə isə “SAT Group”un rəhbəri Azad Qəhrəmanov “Biznesdəki satış” ,“Baku Translation” və “Networking.az“ İş adamları Klubunun təsisçisi Orxan Hacıyev “Biznesdə əlaqələrin rolu”, AR İqtisadiyyat Nazirliyi yanında Biznes İnkubasiya məsələləri üzrə Əlaqələndirici komissiyasının üzvü, Karyera Planlama üzrə expert İlkin Məcidov “Sahibkarlığın inkişafında insan kapitalının rolu” mövzusunda təqdimatlarla çıxış ediblər.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub. 1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !