AMEA Mərkəzi Elmi Kitabxanasının Rolaylanı zalında Elm Çırağı İctimai Birliyinin tədbiri keçirilib - (+FOTOLAR)

AMEA Mərkəzi Elmi Kitabxanasının Rolaylanı zalında “Elm Çırağı” İctimai Birliyinin tədbiri keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 15 fevral 2019-cu il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının Rolaylanı zalında “Elm Çırağı” İctimai Birliyinin tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə ərsəyə gəlmiş tədbir “Elm Çırağı” İctimai Birliyinin fəaliyyətinin 5 illiyinə və professor Naidə Məmmədxanova, Bilqeyis Quliyeva, Samirə Mir-Bağırzadə və Afət İslamın müəllifi olduğu kitabın təqdimatına həsr olunub.

Tədbirin bədii hissəsində musiqiçilər, respublika və beynəlxalq müsabiqə laureatlarının ifasında azərbaycan, rus və xarici bəstəkarların əsərləri ifa olunub. Belə ki, konsertdə Sərxanova Lamiyə (I kurs) V.Mustafazadənin “Always” (professor N.Rimazinin sinfi), Firuzə Bəylərbəyova (I kurs) F.Listin “Sevgi xəyalları” (dosent E.Kəbirlinskayanın sinfi), Ələkbərli Əzizə (I kurs) F.Bədəlbəylinin “Niyazi fədakarlıq (ithaf)” (professor A.Rüstəmovanın sinfi), Emil Əhmədzadə (II kurs) S.Raxmaninov “Prelüdiya” – g moll (professor M.Quliyevin sinfi), G.Kazımova (“İxtisas fortepiano” kaderasının müəllimi) və R.Əliyev (violin) G.Kazımovanın “Fortepiano və skripka üçün silsilə”sindən III və IV hissələr, G.Kazımova (“İxtisas fortepiano” kaderasının müəllimi)K.Qlyukun “Orfey və Evredika”, “Melodiya” fortepiano dueti, İ.Nəzərov (Solo oxuma və opera hazırlığı kafedrasının müəllimi, Əməkdar artist) S.Rüstəmovun “Ana”, “Sənə qurban” adlı romansları, Yelena Boqayevskaya (müəllim) və Üzeyir Məmmədov (magistr) A.Məlikovun “Mənim günəşim” adlı romansı və M. Mirzəyevin “Kantsona” adlı dueti, Taleh Yahyayev M. Maqomayevin “Azərbaycan” əsərləri ifa olunub.

Tədbir iştirakçılarının gur alqışları ilə konsert proqramı gur alqışlar ilə sona çatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                         

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !