Xocalı soyqırımının 27-ci ildönümünə əsasən “Cəzasız Cinayət” adlı sənədli filmin təqdimatı keçiriləcək -

Xocalı soyqırımının 27-ci ildönümünə əsasən “Cəzasız Cinayət” adlı sənədli filmin təqdimatı keçiriləcək

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin05 fevral 2019- cu il “Xocalı soyqırımının” 27 – ci ilinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 22 fevral saat 12 00 - da “Cəzasız Cinayət” adlı sənədli filmin təqdimatı, həmçinin “Cəzasız Cinayət” adlı sərgi açılacaq.
Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız Cinayət” sənədli filmi 2018- ci ildə Ankarada Beynəlxalq Xocalı Simpoyzumunda nümayiş olunub. Tarixi – publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı Soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.
Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı Soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filimdə əsr və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımın təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin, bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcədə BMT – ninTəhlükəsizlik Şurasının, Avropa Şurasının hələdə Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.
Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlık Osmanlı arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub
Təşkil olunacaq sərgidə Azərbaycanın tanınmış rəssamları və heykəltəraşları xalq rəssamı Xanlar Əhmədovun, Vaqif Ucatayın, Nazim Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60 qədər əl işi nümayiş etdiriləcək..
Tədbirdə şəhid ailələri, Milli Məclisin üzvləri,Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanınəsgərləri, muzeyin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

 

Daha ətraflı məlumat üçün
Azərbaycan İstiqlal Muzeyi
Ünvan: Neftçilər pr, 49, Muzey Mərkəzi
Telefon: +9944988351
E-poçt: istiglal03@gmail.com

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )