"Azərbaycan Skautlarının hərbi yaddaşı" - - Bakı

"Azərbaycan Skautlarının hərbi yaddaşı" - Bakı

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin II hissəsi 16 fevral 2019-cu il tarixində Bakı şəhərində həyata keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsilə başlamışdır.Tədbir müddətində Aprel döyüşlərində şəhid olmuş hərbiçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,Aprel döyüşlərindən bəhs edən video-çarx ilə yanaşı,skautlara layihə çərçivəsində həyata keçirilən tədbirləri əks etdirən video-çarxlar da təqdim olunmuşdur.

Aprel şəhidlərimiz,onlar haqqında öncədən hazırlanmış məlumatlar iştirakçılar tərəfindən səsləndirilmiş,daha sonra "Azərbaycan əsgərinə salam olsun" başlığı altında cəbhədə olan əsgərlərimizə məktublar yazılmışdır.

Bakı Dövlət Universitetinin tarix elmlər üzrə dosenti,Qarabağ müharibə veteranı Atamoğlan Məmmədli tərəfindən Aprel döyüşləri,ümumilikdə Vətənimizin hərb tarixi haqqında məlumatın verilməsi ilə davam edən tədbir skautlara iştiraklarını təsdiqləyən sertifikatların təqdim olunması ilə yekunlaşmışdır.

Qeyd edək ki,layihənin III mərhələsinin Şəkidə keçirilməsi planlaşdırılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !