FƏRRUX CƏFƏROV YENİ FİLM TUĞ HAQQINDA DANIŞDI... - (ViDEO+FOTOLAR)

FƏRRUX CƏFƏROV YENİ FİLM “TUĞ” HAQQINDA DANIŞDI... (ViDEO+FOTOLAR)

“2019-CU İLİN MİLLİ KİNO TARİXİNƏ DAMĞA VURACAQ BİR FİLMLƏ GƏLİRİK” – FƏRRUX CƏFƏROV (FARRUKH_JK) YENİ FİLM “TUĞ” HAQQINDA DANIŞDI...


Ötən günlərdə internetdə və bütün sosial şəbəkələrdə tanıtımı yayımlanan və xeyli izləyicinin böyük marağına səbəb olan yeni milli film “TUĞ”-un baş qəhrəmanı OĞUZ SAVALANSOY obrazına nəfəs verən gənc istedadlı aktyor FƏRRRUX CƏFƏROV (FARRUKH_JK) ilə həmsöhbət olduq. Müsahibimiz film və öz yaradıcılığı haqqında danışdı. İndi sizlərə o səmimi söhbəti təqdim edirik:

 

BU FİLM DİGƏRLƏRİNDƏN NƏ İLƏ FƏRQLƏNƏCƏK?

 

- Azərbaycan milli kino tarixində milli-vətənpərvər mövzuda çox film var. Amma təəssüflər olsun ki, hələ bu vaxta qədər Turançılıq və Bütöv Azərbaycançılıq mövzularını qapsayan irili-xırdalı film layihəsi ərsəyə gəlməmişdir. Təbii ki, gənc istedadlı rejissorumuz Elşən İsmayılın eyni mövzuda çəkdiyi filmləri (“BOZQURDUN İNTİQAMI”, “DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”, “MÜBARİZLƏR”) saymazsaq. Amma o filmlər də maddi və texniki çatışmamazlıq cəhətdən (təəssüf olsun ki günümüzün reallığıdır) müəyyən qədər zəif alınıb. Biz bu məhz filmdə bu və ya digər mövzuları az da olsa həll etməyə, bir çox texniki problemləri aradan qaldırmağa çalışmışıq. Və ümid edirik ki, izləyicilərimizi məmnun edə biləcəyik.

 

OBRAZINIZ BARƏSİNDƏ NƏ DÜŞÜNÜRSÜNÜZ?

 

- OĞUZ SAVALANSOY hər halıyla vətəninə, millətinə, ideyasına bağlı gənc bir kəşfiyyatçıdır. Onun məqsədi atasının keçmiş düşmənlərini, ona zülm verib onu qətlə yetirən beynəlxalq səviyyədə cinayətkar sayılan adamları cəzalandırmaq və ölkəsinə, xalqına daha gözəl, daha təmiz bir gələcək yarada bilməkdir. Hesab edirəm, cəmiyyətimizdə OĞUZ kimi igid, cəsur adamlar kifayət qədər var və biz tezliklə onların sayəsində işğal olunmuş torpaqlarımıza qovuşa biləcəyik.

 

“TUĞ” FİLMİNİN ADININ MƏNASI BƏLLİ OLSA DA, SUJETİ, HEKAYƏSİ HƏLƏ DƏ SİRR OLARAQ QALIR, SİZ BU BARƏDƏ NƏ DEYƏ BİLƏRSİNİZ?

 

- (gülümsəyərək) Düşünürəm ki, izləyicilərimiz üçün daha maraqlı olmasına və filmin yayım strategiyasına görə bu barədə çox danışmayım və sirr öz mahiyyətini itirməsin.

 

SİZCƏ, BELƏ FİLMLƏR ÇOX OLARSA, BİZ BİR MİLLƏT OLARAQ NƏYƏ NAİL OLA BİLƏRİK?

 

- Hesab edirəm çox şeyə. Çünki hazırkı “internet dövrü”-ndə hər hansı bir filmin və ya video layihənin xalqa, dünya ictimaiyyətinə təsir imkanları çox güclüdür. Və Quzeyimiz (Dərbənd), Güneyimiz, Batımız (Qarabağ, Qərbi Azərbaycan) işğal altındaykən milləti, xüsusən gələcəyimiz olan gəncliyi milli yöndə istiqamətləndirəcək, hərəkətə keçirəcək işlər görülməlidir. Bu milli, vacib işə sadə vətəndaşımızdan ta yüksək rütbəli məmurumuza qədər könüllü olaraq dəstək verməlidir. Bu gün vətən mövzulu filmlərin hər hansı bir şəkildə yayımı yaxın gələcəkdə dövlətimizin və millətimizin milli uğur qazanmasına yardımçı ola bilər.

 

FİLMİN MƏNFİ OBRAZLARI HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

 

- Filmdə düşmən obrazları öz hiyləgərliyi, murdar xisləti və qorxaqlığıyla seçilir. Xüsusən biz bu filmdə düşmənin diliylə bəzi milli və qlobal həqiqətləri aydınlatmağa çalışmışıq. (göz vurur)

 

FİLMİN YAYIM VAXTI BƏLLİDİRMİ?

 

- Hələ ki yox! Amma çox qısa zamanda (yaxın günlərdə) dəqiq tarix açıqlanacaq. Və izləyicilərimizi intizarda qoymayacağıq.

 

FİLMİN SSENARİ MÜƏLLİFİ VƏ REJİSSORU HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

 

- Elşən İsmayıl yaxşı dost, vətənpərvər və humanist bir sənət adamıdır. Onunla işləmək və ya hər hansı bir fəaliyyətdə bulunmaq mənim üçün qürurvericidir. Hesab edirəm, birgə çalışmağımız yaradıcılığımıza müsbət təsir edəcək.

 

GƏLƏCƏK YARADICILIQ PLANLARINIZ?

 

- Bir çox janrda çəkilən filmlərdə özümü sınamaq istəyirəm, film yaradıcılığımı və aktyorluq fəaliyyətimi inkişaf etdirib zamanla peşəkarlığa qədəm qoymaq arzusundayam. Bir-birindən maraqlı layihələrdə iştirak etmək istərəm. Xüsusən vətən mövzusu hər zaman öncəliyim olacaqdır.


Filmin Mətbuat Xidməti.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !