Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək - (+FOTO)

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək (+FOTO)

 AZpress.AZ xəbər verir ki, fevralın 22-də Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq. Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az və Azedu.az saytlarının rəhbəri Elşad Eyvazlının eyniadlı kitabı əsasında hazırlanan əsər Ukraynanın “Çornıy kvadrat” teatrında səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi, Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ərsəyə gələn tamaşada yerli ictimaiyyətə Xosalı soyqırımı haqqında məlumat veriləcək. Səhnə əsərində Ukrayna hadisələri ilə bağlı məqamlar da yer alıb. Əsərdə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !