"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin zona seçimləri - Ağcabədi (+FOTOLAR)

"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin zona seçimləri – Ağcabədi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Fevralın 19–da Ağcabədi şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin üçüncü və sonuncu zona seçimləri keçirilib. Yarışlar ADPU Ağcabədi filialının idman zalında təşkil edilib.

ADPU Ağcabədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edərək qonaqları salamladı, iştirakçı komandalara uğurlar arzuladı. O ADPU Ağcabədi filialının tələbəsinin layihə rəhbəri olduğu bu yarışların gəncllərin regional inkişafına bir gənc, bir ADPU tələbəsinin töfhəsi olduğunu qeyd etdi.

ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi (ictimai əsaslarla) Cavid Hüseynov çıxış edib, Azərbaycan Dövlət Pedaqoji Universitetində son ilıərdə aparılan islahatlardan, universitetdə tədrisin keyfiyyəti və tələbələrin ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən keçmiş müləllimlər İnstitutu ilə birləşdirləndən sonar ölkənin ən böyük universitetlərindən birinə çevrilən və yeganə pedaqoji profilli ali təhsil müəsisəsi olan ADPU-un ölkənin 5 fərqli regionunda yerləşən filiallarına ayrılan diqqət və qayğıdan, filial tələbələrinin ictimai işlərə cəlbindən danışdı.

Sonra yarışlara start verildi. Beş komanda arasında gedən gərgin mübarizənin sonunda “Sabah” komandası qalib gələrək final mərhələsinə vəsiqə qazandı.

Sonda komandaların təltif edilməsi mərasimi keçirildi və xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, yarışların final mərhələsinin fevralın 20-si Ağcəbədidə keçirilməsi planlaşdırılır.

ADPU, Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )