Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə qızıl medala layiq görülüb - (+FOTOLAR)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə qızıl medala layiq görülüb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vagif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.

Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müx. üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.

Onlar bu mükafata “İnsan genomunda 2-istiqamətli promotorlar” layihəsinə görə layiq görülüblər.

“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə qarşı marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !