Teatr Muzeyində gənc şəbəkə ustası İlqar Rəsulzadənin əsərləri sərgilənir - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Teatr Muzeyində gənc şəbəkə ustası İlqar Rəsulzadənin əsərləri sərgilənir + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən-nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılıb.

AZpress.AZ xəbər verir ki, sərgidə İ.Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunur.

Sərginin açılışından öncə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Sərgidə nümayiş olunan əsərlərlə bağlı təəssüratlarını bölüşən muzeyin direktoru bildirib ki, dördüncü nəsil gənc şəbəkə ustası, “İlin gənci” mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Rəsulzadə bu irsin sirlərinə yiyələnməklə yanaşı, şəbəkə sahəsində öz dəstxətini də yaradıb. Qeyd edilib ki, şar, kürə formalı şəbəkə, şəbəkədən çılçıraqlar, müxtəlif tədbirlərin loqoları, şəbəkənin düz müstəvidən çıxarılması, şüşənin müxtəlif materiallarla əvəzlənməsi, 42-ci Şahmat Olimpiadası çərçivəsində kiçik kubokların, şəbəkədən şahmat fiqurlarının hazırlanması onun bu sahəyə gətirdiyi yeniliklərdəndir.

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək şəbəkə ustasının sənətə olan sevgisindən, ölkəmizdə və dünyada peşəkar sənətkar kimi tanınmasından bəhs ediblər. Qeyd edilib ki, tətbiqi sənət sahəsində ilk dəfə olaraq müəllif hüquqlarının qorunması sahəsində patentin, eskizlərə şəhadətnamələrin alınması məhz onun adı ilə bağlıdır.

Bildirilib ki, o, dünyanın nəhəng sənətkarları Oskar Murillo və Reza Degati ilə iş birliyi qurmaqla, Vatikanda, Ukraynada , Gürcüstanda yerləşən katolik kilsələrdə, Vatikanın Qafqaz üzrə nümayəndəliyində, habelə Şəkixanovların Ev-Muzeyi, Gəncədə Şah Abbas Məscidi, Bərdə türbəsinin bərpasında, Yevlax və Tərtər şəhərlərində Heydər Əliyev Muzeyinin tərtibatında yaxından iştirak edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !