Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub -

Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub

Pakistanın “National Herald Tribune” və “Morning Mail” qəzetlərindəvə elektron portalında müvafiq olaraq dərc olunmuş “Xocalıdakı dəhşətli faciə bir daha baş verməməlidir”, “Xocalı Soyqırımının qurbanlarını xatırlayarkən”sərlövhəli məqalələrdə Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıc mərhələsi ilə bağlı məlumat verilir, daha sonra isə Xocalı şəhəri barədə qısa məlumat verilərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi qüvvələri tərəfindən 613 Azərbaycan vətəndaşının, o cümlədən 106 qadın, 70 yaşlı və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı Soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu ətraflı izah edilir.Şəhərin tamamilə dağıdıldığı, oradakı mədəni izlərin, o cümlədən İslam dininə aid abidələrin məhv edildiyi və təhqirə məruz qaldığı diqqətə çatdırılır.


Məqalələrdə BMT sənədlərinə əsaslanaraq Xocalı qətliamının soyqırımı olduğunu vurğulayır.

Qurbanların məhz azərbaycanlı olduqlarına görə və heç bir fərq qoyulmadan qətlə yetirildiyi Xocalıdakı vəhşətin beynəlxalq normalar baxımından aşkar soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır.


Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya Ədalət”kampaniyası ilə bağlı məlumat verilərək, kampaniyanın əsas məqsədinin Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olduğu qeyd olunur.

Bu günə qədər 15 ölkə parlamentinin, o cümlədən Pakistan Senatı və Milli Assambleyasının müvafiq komitələrinin, 20-dən çox ABŞ ştatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamələr qəbul etdiyi vurğulanır.

 

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=6&dt=files

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !