Ağlayan qız... - - Ruslan Mollayev

Ağlayan qız... - Ruslan Mollayev

İstisna günlərdən başqa qıza ağlamağı qadağa qoymuşdular. 26 fevralı elə səbirsizliklə gözləyirdi ki, səbəbli şəkildə onu tərk edən sevgilisi üçün hönkürəcəkdir. Küçə ilə yürüş edib, soyqırım abidəsinə gələnəcən vaxtı vardı.


Onunla bərabər addımlayanlar, səsindən çevrilib baxanların hər biri, bir söz, bir neçə fikir söyləyirdi, - yəgin kimdirsə Xocalıda doğmasını itirib... Qız isə heç nəyə fikir vermədən elə hey ağlayırdı. Operatorlar, fotoqraflar üz cizgilərini çəkib, günün başlıq görüntüsü etdilər.


Keçmiş sevgilisinin fotosunu manşetdə görən oğlan qəhqəhəylə güldü. Son vaxtlar fikir içində olan bir adamın nədən birdən belə gülməsinin səbəbini soruşdular. "Buna gülməmək mümkün deyil, fotoda gördüyünüz qız, ermənidir!" - deyə cavab verdi.

 

Ruslan Mollayev

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !