Respublika Uşaq Rəsm Müsabiqəsi - - ŞƏHİD ŞƏHƏR +FOTOLAR(AZpress.AZ, Mahir Əhmədov)

Respublika Uşaq Rəsm Müsabiqəsi - “ŞƏHİD ŞƏHƏR” +FOTOLAR(AZpress.AZ, Mahir Əhmədov)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləAzərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq, Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri sənət əsərləri vasitəsi ifadə etmək, zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümünə nail olmaq, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirmək və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə, “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq ,17 yaşa qədər uşaqlar arasında elan olunmuş “ŞƏHİD ŞƏHƏR”adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi21 fevral 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.
Sərginin açılışından əvvəl “AN” tədris mərkəzi və 98 nömrəli məktəbi şagirdləri“Şəhid şəhər” adlı kompozisiyaları ilə çıxış etdilər.
Tədbiri açanAzərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, sərgilən rəsmlər uşaqların bu hadisənin mahiyyətini nə dərəcədə anlamasından və əsərlərində ifadə etmələrindən danışdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək Xocalı faciəsini xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırım olduğunu bildirdi.Əməkdar rəssam Rafael Muradov bütün uşaqlara sülh arzuladı və bildirdi ki, qoy gələcək nəsillər unutqan olmasınlar və xalqımızın dostu və düşmənini tanısınlar. Qoy gənc nəslin yaddaşı möhkəm olsun və tariximizi unutmasınlar. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqlara tarixi unutdurmamaq və vətənpərvərlik hisslərinin aşılanmasındakı xidmətlərinə görə uşaqların valideyn və müəllimlərinə təşəkkür etdi. Xətai Sənət Mərkəzinin direktoru çıxışında Xocalı hadisələrinin mahiyyətindən danışaraq, bu hadisənin Azərbaycan xalqı üçün böyük bir faciə olduğunu qeyd etdi.
Tədbirin sonunda münsiflər heyəti,uşaqlar və valideynlər “Xocalı” abidəsinin önünə gül dəstələri qoydular.
Qeyd etmək istəyirik ki, müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən,əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuşəsərləri nümayiş olundu.
Sərgidə nümayış olunan işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu.
Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt,bölgələrin məktəbliləri, o cümlədən,1 Nömrəli UGİM, 108 Nömrəli Məktəb, 2 NömrəliUİM, 2 NömrəliUGİM, 4Nömrəli UGİM, 5 NömrəliUİM , An Tədris Mərkəzi, Art School By Rufane, H. Abbasov Adına MaştağaMədəniyyətMərkəzi , Lənkəran Kaspi Təhsil Mərkəzi, LənkəranŞəhərUşaqRəssamlıqMəktəbi, Masallı rayon Onbirillik incəsənət məktəbi Rəssamlıq şöbəsi. , Matris" Tədris Mərkəzi, Nigart Studiya, RespublikaUGİM, Sumqayıt ƏhmədBakıxanov adına UİM, VəfaArtStudiya , Xetai Uşaq RəsmYaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !