Lənkəranda Məktəb və teatr layihəsinə start verilib - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Lənkəranda “Məktəb və teatr” layihəsinə start verilib + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Fevralın 22-də Lənkəran Dövlət Dram Teatrının təşkilatçılığı ilə “Məktəb və teatr” layihəsinə start verilib. AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Lənkəran Peşə Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib. Teatrın truppası əvvəlcə doğma səhnədə görkəmli sənət fədaisi Üzeyir Hacıbəyovun hekayə, felyeton və pamfletləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Olanlardan-keçənlərdən” komediyasını nümayiş etdirib. İlk tamaşası 28 mart 1985-ci ildə oynanılan və ötən 34 il müddətində 2000 dəfədən çox ifa olunan bu səhnə əsərində xalqı maarifə, savadlanmağa, mənəvi dəyərlərə çağırış motivləri üstünlük təşkil edir. Xalq artisti Qabil Quliyevin, Əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, artistlərdən Əlibala Əsgərovun Qızılgül Quliyevanın, Emin Fərzullayevin, Rauf Zeynalovun və Nizami Qurbanovun yüksək şövqlə ifaları dəfələrlə sürəkli alqışlarla qarşılanıb.
Tamaşadan sonra teatrın direktoru Tofiq Heydərov və peşə liseyinin direktoru Afər Kərimov səhnəyə qalxaraq layihənin əhəmiyyətindən, bu cür tədbirlərin şagirdlərin mənəvi tərbiyəsindəki mühüm rolundan söz açıblar. Qərara alınıb ki, teatrla peşə liseyinin qarşılıqlı əlaqələri mütəmadi xarakter daşısın.
Sonda peşə liseyi şagirdlərinin əl işlərindən nümunələr teatra hədiyyə verilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !