Xocalıya Ədalət ... - Aida Eyvazlı (+VİDEO)

“Xocalıya Ədalət”... Aida Eyvazlı (+VİDEO)

Qazaxıstandakı soydaşlarımız və digər millətlərin nümayəndələri qardaş yurrda bir ilkə imza atıblar. Onlar Xocalı faciəsini dünyaya ictimaiyyətinə öz musiqi qruplarının hazırladıqları mahnı ilə çatdırmağa qərar veriblər. “Xocalıya Ədalət” istəyiblər.
Əvvəldə də qeyd etdiyim kimi klipin ərsdəyə gəlməsində Qazaxıstanın müxtəlif şəhərlərindən olan gənclər iştirak ediblər. Klipdə mahnını bir azərbaycanlı var, o da mahnının sözlərinin müəllifi və ifaçısı Nelya Quliyeva. Nelya Quliyeva Qazaxıstanda doğulub.
Bu gün klipi internet saytlarında izlədikdən sonra , yaradıcı qrupla telefon əlaqəsi saxladım. Soydaşımız Nelya Quliyeva dedi ki, mən dünyanı anlamağa başlayandan Xocalı faciəsindən xəbərdaram. Bu dərd hər zaman mənim qəlbimi göynədib. Və bir gün bu dərdi şerə və mahnıya çevirmək istədim. Qazaxıstanda yaşayan dostlarıma müraciət etdim. Onlar mənim dərdimi anladılar. Axı, Xocalı soyqırımı dünyada insanlığa qarşı törədilən Qazaxıstan və Ukraynada 1930-cuu illərdən başlayan Aclıq soyqırımı, İsraildəki Holokost, Kombodja və Ruandadakı etnik təmizləmə soyqırımı və Bosnadakı Serebrenitsa ilə eyni bərabər soyqırımdır. İndi bir az rahatm ki, bəlkə bu klipla dünya bizi eşidər.
Mahnının rejissor Alen Niyazbekov və bəstəkarı Azat Ospanov isə Xocalı soyqırımına həsr etdikləri kliplə XXI əsrdə dünyanı bu cür soyqırımlardan uzaq olmağa çağırdıqlarını deyirlər. “Biz istəmir ki evlər yansın, biz istəmirik ki, Xocalıda olduğu kimi başqa şəhərlər də yer üzündən silinsin. Xocalı insanlığa qarşı törədilmiş çox ağır cinayətdir. Biz inanırıq ki, dünya bu klipi dostluğa, sülhə-əminamanlığa çağırış kimi qəbul edəcək. Biz özümüz istədik ki, hazırldığımız klipi ilk dəfə Azərbaycanın Qazaxıstandakı səfirliyində təqdim edək. Klipin təqdimatı həm də Almatı, Aktau və Atırau şəhərlərində də keçiriləcək.
“Fevral ildırımı” adlı kliplin ərsəyə gəlməsində tarda həmyerlimiz , məşhur tarzən Şəhriyar İmanov, aranjiman Azilxan Jumaliyev ,prodüser Dana Rıskeldinovanın da əməyi vardır... Klipin rejissoru Alen Niyazbekov qara və qırmızı rənglərdən qaçaraq, klipi ağ fonda çəkib, ağ paltarlı qızların rəqsi, ağ buludlar... ağ paltarlı qızlar Xocalıda yandırılan, parçalanan insanların ruhlarıdır. Ağ paltarlı qızlar, mələklərdir! Bütün bunlarla yaradıcı qrup Xocalıda həlak olanların günahsız ruhlarını ifadə etmək istəyiblər. Əlbəttə Xocalıya Ədalət” harayımızı illərdən bətri qara və qırmızı rənglərlə nə qədər yaysaq da bu rənglərə görmək istəmirlər. Bu rənglərin harayını görmürlər, eşirmirlər. Çünki analara qara paltar geyindirən, günahsız insanların qanını axmasına səbəb olan, silah alıb , silah satan, bununla da özlərinin hakimiyyətini möhkəmləndirən dünya liderləri Xocalıdakı qara və qırmızı rəngə allergiyaları var. Bu qan və qaranlıq rəngi onların vicdanlarını oyatmır. 27 ildir ki, Xocalıya Ədalət! -deyib haray çəkirik, harayımız eşidilmir.
“Fevral ıldırımı” klipinin yaradaıcı heyəti ağ rənglərin təsiri ilə insanları ağ mahnıya, ağ ruhlara baxmağa məcbur edəcəklər. Bu ağın içərisində qaranı və qırmızını görəcəklər. Dünyaya harayımızı beklə çatdıraq. Nelya xanım Quliyevanın mahnısının sözləri belə bir mənanı ifa edir:


Uca dağların qoynunda,
Qarabağ bir cənnət idi.
Yaşıl dərədəsində axan çaylarla,
Türklərin yurdundan nişan verirdi.


Heç kim bilmirdi ki, bir fevral günü
İldirim çaxacaq cənnət diyarda.
İşıqlar sönəcək pəncərələrdə,
Ocaq çatacaqlar düşmənlər burda
Türkü yandıracaq qaynar ocaqda.


613 ruh göydə sərgədan
Fırlanır şəhərin başının üstə
Ruhun harayını kimsə eşitmir,
Daş da qalmayıbdır daşının üstə


Ruhlar yerə enib evlərdə gəzir
Beşık arayırlar, layla çalırlar.
Rular danışırlar, qışqırışırlar:
Qoymayın ocaqda yanan balamdı,
Anamın başını kəsir düşmənim.
Ruhlar ağlayırlar, haray çəkirlər
Niyə eşitmirsiz səsimi mənim?...
Nə vaxt eşidəcək bəs dünya bizi,
Dünyaya deyin ki, bizi qırıblar,
Soyqırım ediblər soyuq gecədə,
Bizim yurdumuzu yağmalayıblar.
Bizi qaytarınız öz evimizə,
Bizi qaytarınız öz yuvamıza.
Deyirlər Ədalət qalib gələcək,
Ancaq Xocalıda kimsə oyanmır. (tərcümə: A.Eyvazlı)

 

“FEVRAL ILDIRIMI” mahnısı Qazaxıstan ictimaiyyətinin xalq layihəsi olaraq 25 fevraldan 26 fevral tarixinə keçən gecə erməni hərbi birləşmələri tərəfindən etnik təmizləmələrə və soyqırıma məruz qalmış Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı ədalətin bərqərar olunmasına bir çağırışdır. Bir gecə ərzində 613 nəfər, qadınlar, uşaqlar və qocalar daxil olmaqla, vəhşicəsinə öldürülmüşdür. Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş mahnı qisas almaq məqsədi daşımır, bu musiqili əsər sülhün manifestidir. Ağ sülh rəngidir, ağ günhasız ruhların rəngidir, ağ körpələrin ruhu, gəlin duvağı örtməyən qızların arzuları , Xocalıda soyqırıma məruz qalan körpələrin, qocaların, anaların, ataların, qardaşların, nənələrin,babaların , bibilərin, xalaların , dayıların, əmilərin ruhlarının rəngidir…
Qazaxıstanlı yaradıcı kollektivin ərsəyə gətirdiyi bu klip yəqin ki, susan vicdanları, dünyanı daş yuxusundan oyadacaq.
Belə gözəl bir klipi ərsəyə gətirdikləri üçün yaradıcı qrupa mən də öz adımdan minnətdaram!


Aida Eyvazlı.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !