Qafqazşünaslıq İnstitutunda Xocalıda Ermənistanın törətdiyi soyqırımına həsr edilmiş dəyirmi masa keçirilmişdir - (+FOTOLAR)

Qafqazşünaslıq İnstitutunda Xocalıda Ermənistanın törətdiyi soyqırımına həsr edilmiş dəyirmi masa keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Qafqazşünaslıq İnstitutunda Xocalıda Ermənistanın törətdiyi soyqırımının 27-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir. İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıçıxış edərək bildirmişdir ki, Xocalıda Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət törətmişdir. O, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin, tanıdılmasında isə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərindən bəhs etmişdir.

Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.f.d., dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev, İnstitutun əməkdaşı Məzahir Sadıxov BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlarınqərar və qətnamələri,bir sıra ölkələrin qanunverici orqanlarının bu soyqırımına hüquqi-siyasi qiymət vermələri haqqında çıxış etmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !