Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, 24 fevarl 2019-cu il “EMEDIA GROUP” un təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir.

Tədbirdə Xocalıda rəhmətə gedənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək. Xüsusi hazırlanmış video çarx ilə açılış edildi. Tədbiri “EMEDIA GROUP” un sədri Elşən Əliyev giriş sözü ilə açlış edərək

Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını bildiridi.

Tədbirdə millət vəkillərindən Jalə Əliyeva, Elman Nəsirov, Sona Əliyeva, Dilarə Cəbrayılova, Musiqili teatrın direktoru Əliqismət Lalayev, QAFQAZ BAKI SAHİL HOTEL in direktoru Atilla Çetinbaş, Arzu Umut Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, İHA –nın Bakı üzrə rəhbəri Kamil Nadirli, Qarabağ qaziləri, QHT rəhbərli, Xalq artisti Flora Kərimova, Bəstəkar Sevinc Tofiqqızı, televiziya aparıcıları, aktyorlar və s. iştrak etmişdir.

Tədbirin aparıcılar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova və Elnur Qədirov olmuşdur.

Tədbirdə: Coşqun Viləşin ifasında Xocalıda olan real hadisələrin əsasında hazırlanmış video klip, Sevinc Tofiqqızının bəstəsində Xocalı kopazisiyası Ananın fəryadı klipdə, Aybəniz Həşimovanın rejissorluğu ilə uşaqlardan ibarət Xocalıya aid çəkilmiş kliplər ilkdəfə tədbirdə nümayiş olundu. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !