SLOW FOOD TƏŞKİLATININ ƏLAQƏLƏNDİRİCİSİ ELMİ SEMİNARDA MƏRUZƏ EDİB - (+FOTO)

SLOW FOOD TƏŞKİLATININ ƏLAQƏLƏNDİRİCİSİ ELMİ SEMİNARDA MƏRUZƏ EDİB (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA Coğrafiya İnstitutu Elmi seminarın növbəti iclasında Slow Food Beynəlxalq təşkilatının əlaqələndiricisi Anna Kaşinyova “Azərbaycanın kənd ərazilərində icma əsaslı təşəbbüslərin və məşğulluğun yaradılmasına dəstək” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Slou Fud Beynəlxalq təşkilatı, Avropa Birliyi, Heyvanları Mühafizə Azərbaycan Cəmiyyəti və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası (AKBMA) Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Qafqaz regionunda yerləşən kiçik fermerlərə dəstək məqsədilə regional fərqlərin azaldılmasının təmin edilməsinə yönəldilmiş layihə həyata keçirir. Slou Fud Fondunun layihələri yerlərdə biomüxtəlifliyi qoruyub saxlamaq, torpaq və iqlim şəraitinə uyğun yerli məhsul istehsalını artırmaq əsasında yaradılmış kənd təsərrüfatı modelinin inkişafı üçün bir instrumentdir və ətraf mühitlə harmoniya təşkil edərək bütün cəmiyyət üçün keyfiyyətli, təmiz qida məhsulları istehsalının təmininə yönəldilib. Yerli icra orqanları, qeyri hökumət təşkilatları və digər maraqlı tərəflərlə əməkdaşlıq Azərbaycanın Böyük Qafqaz regionunda (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonları) balanslaşdırılmış inkişafı təmin edərək, regionlarla paytaxt arasında olan bərabərsizliyin azaldılmasına və nəticədə, kənd yerlərində yaşayış səviyyəsinin yüksəldilməsi, bu ərazidə mədəni irsin və biomüxtəlifliyin qorunması işinə xidmət edəcək.

Xanım Kaşinyova təhlükə altında olan milli qida məhsulları növlərinin İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Slou Fud Assosiasiyası tərəfindən tərtib edilmiş World Arch of Taste (Dadın Dünya Qapısı) siyahısına daxil ediləcəyini diqqətə catdırıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !