Xocalı faciəsini xatırlayarkən... - + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

Xocalı faciəsini xatırlayarkən... + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

Salam əziz dostum, necəsən?

Ümid edirəm ki, dərslərin yaxşıdır.

 

Mən sənə özümdən, vətənim Azərbaycandan və xalqımızın başına gələn kədərli hadislərdən söz açmaq istəyirəm. Məktubuma dahi Liderimiz Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm. "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".

 

Qarabağı dünyaya tanıdaq!

 

Qarabağ adlı bir yarası var, mənim xalqımın. Onun adı Xocalıdır. Onun 27 yaşı var. Qarabağ mələklərin yerə endiyi, qarlı bir gecədə, çovğunda düşmən hücumuna məruz qalıb. Bəli mələklər xalqımın bu halına ağlamaq üçün yer üzünə enmişdilər. Bütün duaların geri qatıydığı o dəhşət dolu gecə. Ağ qar, al qar olaraq, gecə də yerini gündüzə vermişdi. Bəli, sanki səhər idi o gece silahların işıqları Qarabağın gecəsi ilə gündüzünü dəyişdi. Bu xalqın gözyaşına, əliyalın qaçmasına səbəb oldu. Ana fəryadı, körpə səsi, silah uğultusu bir-birinə qarışmışdı. Həmin gecə digər gecələr kimi sakit keçmədi, səhər necə açıldı, nələr yaşandı yaşayanlar bilir. Bu xalq illərdir bu hadisəyə ağlayır. Ən pisi də odur ki, bizlər görmədiyimiz, ancaq həyatımızın tam parçası olan hadisəni hər il yaşamış kimi yaşayırıq. Bizim şəhidlərimiz Qarabağ torpağında həlak olub. Biz hamımız Qarabağdayıq. Çünki bizim ümidimiz oradadır. Bu xalq tarix boyu müxtəlif işğallara məruz qalıb. Tarixin ən güclü dövləti olan Azərbaycan demək olar bütün hücumları maddi olaraq yoluna qoyub, ancaq mənəvi bu xalqın gözyaşı hələ də davam edir. Nə qədər ki, Qarabağ azad edilməyib biz tam sevincli deyilik. Bu xalqın müqəddəs bayrağı neçə şəhid qanı, neçə ana duası, neçə insanın gücü, hökmü, əzmi sayəsində dalğalanmışdır. Biz ümid edirik və buna əminik ki, Ümumimilli Liderimizin davamçısı, Heydər Əliyev yadigarı cənab Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində Qarabağımızı azad edəcəyik. Qarabağ təkcə əslən qarabağlıların yox, ümumi Azərbaycan xalqının varlığıdır. O gözəl torpaqlar, xarı bülbülün vətəni olan Şuşamız geri qayıdacaq ve şəhid qoxulu üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Bütün dünyaya səslənirəm Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır! Biz şəhidlərimizin qanına canla bağlıyıq.

Bütün dünyaya Öndərimin bir çıxışı ilə mesaj göndərmək istəyirəm.

 

“Heydər Əliyev senzurada deyir, mən çayda çimərkən paltarımı kənarda qoydum və gördüm ki, bir erməni gəlib paltarımı oğurlayıb. Bu an zaldakı bir erməni tez yerindən qalxaraq, xeyr, o zamanlar orada ermənilər yaşamırdı deyir.

 

Heydər Əliyev: Mən də məhz bunu sübut etmək istəyirdim. Həmin illərdə ermənilər Qarabağda olmayıb. Sonralar oğurluqla məskunlaşıb".

 

 

 

Xəzər Universiteti Dünya Məktəbi

IB MYP şagirdi: Zeynəb Allahverdiyeva 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !