Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirilib - (+FOTOLAR)

Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin,Mingəçevir Gənclər Evinin,"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş "Faciələrin qəhrəmanlıq simvolu kimi təqdim olunması labüddür" mövzusunda, Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin və Mingəçevir şəhər Texniki Humanitar liseyinin şagirdləri arasında şou-debat keçirilib.

Tədbir Mingəçevir gənclərinin böyük marağına səbəb olub. Təsdiq və inkar mövqelerdə yarışan komanda üzvləri mövzu ətrafında geniş araşdırmalar apararaq öz mövqelerini faktlarla təqdim ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan danışdı və mövzunun Xocalı Faciəsinə həsr olunmasının önəminə toxunub.

Daha sonra çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışaraq,bundan sonra isə Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildirib.

Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə şou debatda iştirak edən gəncləri təbrik edərək, gənclərin bu tipli mövzular ətrafında araşdırmalar və müzakirələr aparmasını, eyni cümlədən həqiqətlərin ictimaiyyətə çatdırılmasından bəhs edib.

Qeyd edək ki, sözü gedən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” 10 Dekabr 2018 – 10 Mart 2019-cu il tarixlərini əhatə edir.

 

Sahib A. Gülməmmədov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )