Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Orqan konserti keçirilib - + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Orqan konserti keçirilib + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

AZpress.AZ xəbər verir ki, 25 fevral 2019-cu il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Orqan konserti keçirilib.
Qeyd edək ki, konsertin bədii rəhbəri Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubovadır. Konsertdə BMA-nın müəllim və tələbə heyəti iştirak edərək Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
Bekə ki, Orqan konsertində R.Ramazanov - "And" (Xocalı şəhidlərinin xatirəsinə) (İfa edirlər: BMA-nın baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyova (orqan), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Hüseynli (xanəndə)), İ.S.Bax - 2 xoral prelüdü, Q.Qarayev - "Laylay" ("İldırımlı yollarla" baletindən, orqan üçün işləyəni BMA-nın professoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi Tahirə Yaqubova) (İfa edir: BMA-nın professoru, Azərbaycanın Əməkdar müəllimi Rasimə Babayeva (orqan)), A.Sandvoll - "İntroduksiya və passakalya" (İfa edir: BMA-nın məzunu Şəfəq Abdullayeva (orqan)), C.Perqolezi - "Stabat Mater" ("Hüzünlü ana") (İfa edirlər: BMA-nın tələbə xoru (Xorun bədii rəhbəri, dirijor: Azərbaycanın Əməkdar artisti Yulizana Kuxmazova, Solistlər: Azərbaycanın Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov (kontrtenor) və BMA-nın tələbəsi İslama Abdullayeva (soprano), Orqanda müşayiət edir: Şəfəq Abdullayeva) əsərləri ifa olunub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !