"ABAD" KERAMİKA SƏNƏTİ ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUM TƏŞKİL EDİR - (+FOTOLAR)

"ABAD" KERAMİKA SƏNƏTİ ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUM TƏŞKİL EDİR (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək.
Tarix boyunca keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim sobalar aşkar olunub. Bu səbəbdən də Azərbaycanda təşkil olunan keramika üzrə ilk böyükmiqyaslı beynəlxalq simpoziumun məhz Şəkidə keçirilməsi təsadüfi deyil.

"ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan “Təbiətdən Tarixə” adlı Beynəlxalq Şəki Keramika Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, Simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir.

Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org  saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək.
İki həftə davam edəcək Simpoziumun sonunda iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanıniştirakı ilə baş tutub.Qeyd edək ki,“Təbiətdən Tarixə” Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !