Xocalıya Ədalət beynəlxalq kampaniyası çərçivəsində Ağrı Gecəsi adlı tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Xocalıya Ədalət beynəlxalq kampaniyası çərçivəsində “Ağrı Gecəsi” adlı tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, 26 fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasınn Gənclər Fondunun təşkilatşılığı ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı “Ağrı Gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva o cümlədən Xocalı sakinləri, gənclər təşkilatlarının rəhbərləri, ictimai fəal gənclər iştirak etmişlər. İlk öncə Azərbaycan Dövlət Xor kapelasının ifasında Dövlət Himni canlı olaraq səsələndirilmiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun içraçı direktoru Fərid Cəfərov çıxış edərək, Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat vermiş və qeyd etmişdir ki, Gənclər Fondu ənənəvi olaraq Xocalıya Ədalət kampaniyası çərçivəsində tədbirləri davam etdirəcəkdir. Çıxışında bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri soyqırımı törətmişlər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil olub, 26 uşaq hər iki valideynini itirmişdir. Digər çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Xocalı faciəsinin tariximizin silinməz qanlı yaddaşı olduğunu diqqətə çatdırıb. O bildirib ki, 27 il əvvəl Xocalıda dinc soydaşlarımıza qarşı misli görünməmiş qanlı qırğın törədilib. Yüzlərlə soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Bu qətliam barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli işin uğurla nəticələndiyini deyən Fuad Hüseynov bu yöndə səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov soyqırımının dəhşətləri barədə tədbir iştirakçılarına məlumat veriblər. Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub. Sonra tədbirin bədii hissəsində Ağrı Gecəsi adlı bədii kompazisiya nümayiş olunmuşdur.Tədbir zamanı BKM-nin foyesində Xocalı Faciəsini özündə əks etdirən rəsm sərgisi təşkil edilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !