Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İtaliya Parlamentində tədbir keçirilib - (+FOTOLAR)

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İtaliya Parlamentində tədbir keçirilib (+FOTOLAR)

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İtaliya Parlamentinin Deputatlar Palatasının “Lupa”zalında italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu və “Aracne” nəşriyyat evi tərəfindən nəşr olunmuş“Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanının təqdimatı keçirilib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş bir ailənin Bakı və Roma şəhərləri arasında cərəyan edən hekayəsindən bəhs edən romanın ideyası kitabın müəllifininbir neçə il öncə Azərbaycana səfəri zamanı məcburi köçkün düşmüş bir taksi sürücüsünün ona bəhs etdiyi təsirli həyat hekayəsindən qaynaqlanır. Romanın süjet xətti və qəhrəmanları müəllifin təxəyyülünün nəticəsi olsa da onun sonundakı “Kəmalənin hekayələri” adlı əlavədə təqdim olunan real hekayələrkitabın müəllifinin münaqişənin həqiqi qurbanları olmuş, Ermənistandan, habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlardan qaçqın və məcburi köçkün düşmüş və yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan yeddi azərbaycanlı qadınla müsahibələri əsasında hazırlanmışdır. Kitabda eləcə də, ailə hekayəsi fonunda ölkəmizin tarixi, mədəniyyəti, memarlığı, xalqımızın ənənələri, gündəlik həyat tərzi, ölkəmizdə mövcud multikultural mühitbarədə də məlumat verilir.
Azərbaycanın İtaliyadakı Səfirliyi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA)birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya parlamentininüzvləri olan deputat və senatorlar, dövlət qurumlarının, Romada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik, intellektual, mədəniyyət dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, hakim 5 Ulduz Hərkəkatı partiyasının üvzü, deputat Covanni Russo-nun moderatorluğu ilə keçirilən tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Ardıncaİtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, hakim Liqa partiyasının üzvüdeputat Rosanna Boldi,Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, kitabın müəllifi Barbara Kassani, “Aracne” nəşriyyat evinin rəhbəri Giacchino Onorati, Xocalı soyqırımının canlı şahidi və romanın “Kəmalənin hekayələri” adlıəlavəsinin qəhrəmanlarından biri Dürdanə Ağayeva, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier çıxış ediblər. Natiqlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının açı nəticələrinin, Azərbaycanın müstəqilliyin bərpasından sonra keçdiyi yol və ölkəmizin həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması üçün romanın dəyərli mənbə olduğunu bildiriblər. Bu kimi tədbirlərin Azərbaycan və İtaliya xalqlarının bir-birinə daha da yaxınlaşması, bir-biri haqda məlumatlılıq səviyyəsinin artırılması, eyni zamanda Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinin məlumatlandırılmasındakı əhəmiyyətini vurğulayıblar.Xocalı soyqırımının canlı şahidi olmuş Dürdanə Ağayevanın Xocalıda baş verənlər və erməni əsriliyində yaşadıqlarına dair çıxışı iştirakçıları xüsusi olaraq təsirləndirib.
Tədbir çərçivəsində italyan aktyor Roberto Turketta kitabdan parçalar səsləndirib, eləcə də Xocalı faciəsinə dair video çarxlar nümayiş olunub.
Qeyd edək ki, “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” romanının artıq İtaliyanın bir sıra kitab sərgilərində, kitabxanalarında və kitab mağazalarında təqdimatları keçirilib, habelə romanla bağlıİtaliya kütləvi informasiya vasitələrində çoxsaylı məqalələr və müsbət rəylər dərc edilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !