İşıqlı Gələcək GİB-in daha bir layihəsi uğurla başa çatıb - (+FOTOLAR)

“İşıqlı Gələcək” GİB-in daha bir layihəsi uğurla başa çatıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsi uğurla başa çatıb. Məlumat üçün bildirək ki, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən layihə iki mərhələ üzrə reallaşıb.

Müraciət edən gənclər 2 qrupa ayrılmaqla onlar üçün müxtəlif bilik və bacarıqları özündə birləşdirən biznes təlimləri keçirilib. Təlimlər zamanı, iştirakçılara biznes ideyanın biznes plan formasında təqdim edilməsi, SWOT analiz mahiyyəti və təhlilin aparılma meyarları izah olunub. İştirakçılar komandalara bölünərək qrup tapşırıqları yerinə yetirib.

İki mərhələ üzrə keçirilən layihə təlimlərinin I mərhələsində 42, ikinci mərhələsində isə 28 gənc iştirak edib. Təlimlərdə müxtəlif sahələr üzrə təhsil alan universitet və kollec tələbələri ilə yanaşı, öz şəxsi biznesini yaratmaq istəyən gənclər də iştirak edib. Həmçinin layihələr zamanı iştirakçılara marketinq planın hazırlanması və tətbiqi, 4P metodu, bazar araşdırılmasının mərhələləri və digər məsələlər öyrədilib.
Layihə zamanı fəallığı ilə seçilən gənclər sertifikatla təltif edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !