2019-cu ilin yazıçı-yubilyarlarının əsərlərinin motivlərinə çəkilmiş uşaq rəsm müsabiqəsi başa çatır - (+FOTOLAR)

2019-cu ilin yazıçı-yubilyarlarının əsərlərinin motivlərinə çəkilmiş uşaq rəsm müsabiqəsi başa çatır (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Xəbər verdiyimiz kimi, 2019-cu ilin yazıçı-yubilyarlarının əsərlərinin motivlərinə çəkilmiş uşaq rəsm müsabiqəsi başa çatır. Müsabiqəyə Moskvada yekun vurulacaq.

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası müsabiqənin həm təşkilatçılarından biridir.

Tədbirin əsas məqsədi kitabı və mütaliəni uşaqlar arasında təbliğ etmək, uşaqların mütaliə marağını artırmaqdır.

Müsabiqədə qalib gələn 10-a qədər ən yaxşı uşaq rəsmi Rusiya Federasiyasında (Moskva Kitab Evində) keçirilən müsabiqəyə təqdim olunacaq. Bu il müsabiqəyə 2019-cu ilin yazıçı-yubilyarları – V.Bianki, P.Bajov, İ.Krılov, A.Qaydar, A.Belyayev, E.Voyniç, F.Kuper, N.Ostrovski, K.Doylun əsərlərinin motivləri əsasında çəkilmiş şəkillər təqdim olunmalıdır.

Müsabiqənin münsiflər heyəti 60-a yaxın ən yaxşı rəsmləri seçərək, onları albom şəklində nəşr edəcək. Müsabiqənin qalibi olmuş hər bir uşağın fotosu çəkdiyi rəsmlə birgə sözügedən albomda yerləşdiriləcək. Qaliblərə Fəxri fərman, kitab və albom hədiyyə ediləcək.

Müsabiqədə 5 yaşından – 11 yaşına qədər və 12 yaşından – 16 yaşına qədər uşaqlar iştirak edə bilərlər.
Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, Azərbaycanın gənc rəssamlarına Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkilləri müsabiqəyə təqdim edilməsi barədə razılıq əldə edilib.

Müsabiqə 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi keçirilir.

Uşaq rəsm müsabiqəsi haqqında ətraflı məlumatı M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında əldə etmək olar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                   

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !