AR İPOTEKA VƏ KREDIT ZƏMANƏT FONDUNUN FƏALİYYƏTİNİN NÖVBƏTİ QİYMƏTLƏNDİRİLMƏSİ HƏYATA KEÇİRİLİB -

AR İPOTEKA VƏ KREDIT ZƏMANƏT FONDUNUN FƏALİYYƏTİNİN NÖVBƏTİ QİYMƏTLƏNDİRİLMƏSİ HƏYATA KEÇİRİLİB

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin Fitch Ratings
Agentliyi (bundan sonra agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilmişdir.
Agentliyin qiymətləndirilməsinə əsasən Fondun  uzunmüddətli xarici və yerli valyutada defolt
reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilmişdir.
Agentliyin"Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"-na əsasən Fondun reytinqi
Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun 100% dövlətə məxsus
olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və Fondun ölkənin iqtisadi siyasətində
strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı
kapitallaşması və Mərkəzi Bankın Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi
şəklində olan dövlət dəstəyini əks edir.
Agentlik Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndilmiş
və  qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək göstərilməsini qeyd etmişdir.
Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi
vəzifələri Fondun mandatına əlavə edildikdən sonra  bu dəstəyin miqyası daha da artmışdır.
2018-ci ildə Fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində
vəsait ayrılmış və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatmışdır.
Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın
likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi  davam edəcəkdir. Qeyd
olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən
mənfəətdən sərbəst istifadə hüququ kimi  dövlət dəstəyindən də faydalanır.
Əhalinin  əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet
məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji
əhəmiyyətə malikdir.
Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan
sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.
Fondun qeyri-kommersiya missiyasına baxmayaraq Agentlik hesab edir ki, Fond  sağlam
maliyyə vəziyyətini qorumağa davam edəcəkdir. Bu, müntəzəm dövlət yardımları, ucuz
maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə
təmin olunacaqdır.


Aşağıdakı keçid vasitəsilə Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış ola
bilərsiniz. 

https://www.fitchratings.com/site/pr/10064301 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !