Xaçmaz və Şabran gəncləri arasında keçirilən gender bərarərliyinə dair qanunvericiliyin təbliği layihəsi yekunlaşdı - (+FOTOLAR)

Xaçmaz və Şabran gəncləri arasında keçirilən gender bərarərliyinə dair qanunvericiliyin təbliği layihəsi yekunlaşdı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!” layihəsi uğurla sona çatdı.

Layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.

Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçirildi. Ümumilikdə doqquz təlimi əhatə edən, 3 ay müddətində davam edəcək layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olundu. əsasən yuxarı sinif şagirdlərindən ibarət olan təlimlər rayonların orta ümumtəhsil məktəblərində və peşə liseylərində keçirildi.Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirildilər. Hər təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi. Müzakirələrdə aktiv olan 50 gənc diplomla təltif olundu. Layihənin keçirilməsində Xaçmaz və Şabran rayonlarının İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələri və rayon təhsil şöbələri də öz dəstəklərini göstərdilər. Ümumilikdə deyə bilərik ki, çox effektiv və maraq doğuran bir layihə kimi gənclərə çox faydalı oldu.

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradıldı və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !