22 nəfərin xilası üçün özünü əsir edən gənc... - (+ViDEO)

22 nəfərin xilası üçün özünü əsir edən gənc... (+ViDEO)

https://web.facebook.com/groups/1110444829106515/

 

Düz 27 il bundan öncə - 1992-ci il martın 14-də 22 xocalılı erməni əsirliyindən qurtardı. Onların əsirlikdən qurtarması üçünsə Natiq adlı 22 yaşlı gənc özünü əsir etmişdi. Əsir düşməmişdi, məhz əsir etmişdi...
Bəzən heç bir igidlik göstərməyən və belə bir niyyəti də olmayanlar necəsə, hansı yollasa qəhrəman kimi təqdim edilir, ödülləndirilirlər. Elələri də var ki, böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, haqq etdiyi adı ala bilmir. Daha dəqiqi, onun bu qəhrəmanlığı rəsmiləşdirilməmiş qalır. Həyatı hesabına erməni əsirliyindəki 22 azərbaycanlını qurtaran Natiq Səlim Oğlu Qasımov da elələrindəndir.

O, təkbaşına 5 gün ac və susuz, dayanmadan ermənilərə qarşı savaşıb. Sonra isə 22 xocalılının azad edilməsi şərtinin qarşılığında təslim olmağa razılaşıb... Amma əlindəki bayrağı yerə qoymadan!

Misilsiz igidlik göstərən Natiq Qasımovu insanlara daha yaxşı tanıtmaq üçün tanınmış telejurnalist, siyasi icmalçı və millət vəkili Sahib Alıyev AzVision.az ilə birlikdə onun haqqında xüsusi videooçerk hazırlayıb. Diqqətlə baxın, bu torpağın necə oğullar yetişdirdiyini görün və fəxr edin...  

 

Məlumatı Sənan Nəcəfov təqdim etdi

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !