“Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” adlı layihə icra edilmişdir - (+FOTOLAR)

“Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” adlı layihə icra edilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin təşkilatçılığı ilə “Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” adlı layihə icra edilmişdir. Layihənin məqsədi Tovuz, Qazax və Ağstafa şəhərlərində yaşayan yeniyetmə və gənclərə bazar iqtisadiyyatı şəraitində aqrar sahənin inkişafında marketinq amilinin rolunu araşdırmaq və bu barədə gənc sahibkarları maarifləndirmək, həmçinin ölkəmizdə bu sahədə mövcud şərait və imkanlarla yaxından tanış etmək, onların müvafiq vərdiş vəbacarıqlarını artırmaqdan ibarətdir.

Layihə çərçivəsində ilk tədbir Tovuz rayonunun Qovlar şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə Gənclər evində baş tutmuşdur. Digər tədbirlər Qazax və Ağstafa şəhərində keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimlər və hər tədbirdə 50-dən çox tələbə və gənc iştirak etmişdir. Layihə rəhbəri Hafiz Əzəmmədov iştirakçılara layihəni icra edən təşkilat, Azərbaycan Respublikasının Gənclər Fondu və layihənin məqsədi haqqında məlumat vermişdir. Daha sonra təlimçi Vilayət Ramazanov çıxış edərək gənclərə “Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” haqqında ətraflı məlumat vermişdir.Qeyd etmişdir ki, bazar iqtisadiyyatı sistemində kənd təsərrüfatı məhsulları istehsalının hərtərəfli canlandırılması və təkmilləşdirilməsi, onun bazara, istehlakçıya doğru səmərəli yönəldilməsində məqsədli yanaşma üsulları mühüm əhəmiyyət kəsb edir.Düzgün hesablanmış tələb və məqsədli təklif məhsul istehsalının və mal satışının təşkilində başlıca səmt olmalıdır.Məhsulların istehsalçılardan istehlakçılara səmərəli çatdırılmasına yönəldilmiş bu cür əlaqələr, bütövlükdə isə kənd bazarının kompleks iqtisadi məsələləri bilavasitə marketinq vasitəsilə dolğun şəkildə həll olunma imkanlarına malikdir.Azərbaycanda kənd təsərrüfatı məhsullarının normal halda özünə bazar tapması bəzən böyük xərclər hesabına başa gəlir.Bu isə aqrar sahənin davamlı olaraq artımına münasib deyil və onun planlı şəkildə düzəldilməsinə ehtiyac duyulur.Kənd təsərrüfatı məhsullarının bazara çıxarılması istiqamətində bir sıra problemlər vardır.Məs: onların sırasında bazara çıxmağın infrastrukturunun əlverişsiz olması, qiymətin davamlı olmaması, kənd təsərrüfatı məhsullarının mövsümi xarakter daşıması, istehsal xərcinin yuxarı olması və onun müxtəlif mərhələləri boyunca məhsul itkisinə çox yer verilməsini misal göstərə bilərik.Fikrimizcə,bütün bu amillər əl-ələ verərək istehsalçıların yüksək gəlir əldə etməsi və yoxsul şəraitinin yaxşılaşdırılması, istehlakçıların yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə vaxtında təmin olunması, istehsal olunan məhsulların qiymətinin azalması və digər məsələlərin müsbət həllinə mane olur.

Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər, qeyd dəftərləri və qələmlər təqdim edilmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )