Uğur Bələdçiləri layihəsinin birinci mərhələsi uğurla tamamlanıb - (+FOTOLAR)

“Uğur Bələdçiləri” layihəsinin birinci mərhələsi uğurla tamamlanıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uğur bələdçiləri” layihəsinin birinci mərhələsini uğurla başa vurub. “Uğur bələdçiləri” layihəsi ölkə gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, əmək bazarı və məşğulluq kimi fəaliyyətlərin sistemli öyrənilməsi, mənsub olduqları gənc sosial sferada biliklərin aşılanması, onlara gənclər arasında bir növ mayak rolu oynaması üçün bu istiqamətdə işlərin görülməsini özündə ehtiva edir.

Layihənin iştirakçılarının seçilməsi prosesi 21 noyabr 2018-ci il tarixindən etibarən başladı. Layihənin hədəf kütləsi olan 18-25 yaşarası gənclərə çata bilməsi üçün sosial şəbəkələrdə və müvafiq veb saytlarda elan verildi. Elanda layihənin məqsədi, layihə çərçivəsində keçiriləcək fəaliyyətlər, iştirakçılara qoyulan tələblər və qeydiyyat üçün keçid yerləşdirildi. Qeydiyyat üçün 15 gün müddətində vaxt ayrıldı. Layihəyə, ümumilikdə, 260 gənc müraciət etdi. Sonrakı mərhələdə layihəyə müraciət etmiş gənclər seçim prosesinə cəlb olundu. Seçim prosesinin ilk mərhələsində qeydiyyat ərizəsində müraciətçilərin verdiyi məlumatlara əsasən təşkilati heyət tərəfindən seçilmiş 80 nəfər müsahibəyə dəvət edildi. Müsahibə prosesi 03.12.2018-13.12.2018 tarixləri arasında həyata keçirildi. Bu mərhələni 30 iştirakçı uğurla keçdi və layihədə iştirak hüququ qazandı. Seçim zamanı yüksək motivasiyalı və kreativ düşüncəyə sahib, təhsil aldığı müəssisədə aktiv, öyrənməyə və təcrübə paylaşımına həvəsli olan gənclərə üstünlük verildi. 16 dekabr 2018-ci ildə “Karyera planlaması və əmək bazarı” mövzusunda həyata keçirilən ilk təlim iki hissədən ibarət idi. Birinci hissə daha çox tanışlıq xarakterli oldu. İkinci hissədə Toğrul Ələkbərin iştirakı ilə “Uğur bələdçisi kimdir?”, “Karyera nədir?” “Karyera planlaması nədir?”, ”Karyera planlaması barədə əfsanələr?” “Şəxsiyyət dedikdə nə nəzərdə tutulur?“ “Karyera planlamasının mərhələləri”, “Özünü tanıma alətləri” və s. mövzular əsasında müzakirələr aparıldı. “Smart Goals” mövzusunu əhatə edən ikinci təlim 23.12.2018 tarixində baş tutdu. Təlim zamanı “Məqsəd nədir?”, “Ağıllı məqsəd dedikdə nə nəzərdə tutulur?” və s. suallar araşdırıldı, gənclərin gələcək təhsil və karyeralarında qarşılarına düzgün məqsədlərin qoyulması, hədəflərin seçilməsi və onlara nail olmaq üçün lazımi bilik və bacarıqların aşılanması istiqamətində müzakirələr aparıldı. “Effektiv Rezüme” mövzusunda keçirilən sayca üçüncü təlim 6 yanvar 2019-cu ildə baş tutdu. Təlim müddətində “rezümenin əsas məqsədi“, “CV və Rezümenin fərqi”, “Rezüme barədə əfsanələr”, “Rezüme hazırlığının mərhələləri” və s. mövzular əsasında müzakirələr aparıldı.Təlimin praktiki cəhətdən daha effektiv olması üçün real istifadə edilən peşəkar rezümelər üzərindən izahlara üstünlük verildi və hər bir iştirakçının Rezümesinə ayrıca nəzər yetirildi. 12 Yanvar 2019-cu ildə "Effektiv iş axtarışı" mövzusunda həyata keçirilən dördüncü təlimdə iştirakçılar "iş axtarışı zamanı nələrə diqqət yetirməli", "sosial şəbəkələrdən düzgün istifadə etməyin əhəmiyyəti", “iş axtarışı ilə bağlı əfsanələr”, “empatiyanın əhəmiyyəti”, “social network”, "şəxsi brendinq" və s. mövzularda bilik və bacarıqlarını artırdılar. Təlimdə, eyni zamanda, əmək bazarı, onun tələbləri və gələcək perspektivlər mövzusunda müzakirələr aparıldı. "Şəxsi brendinq" mövzusunu əhatə edən sayca beşinci təlim 20.01.2019-cu ildə baş tutdu. Təlimdə "Şəxsi brend nədir?", "Brendinq nə üçün lazımdır?", "Brend olmağın faydaları nələrdir?" və s. suallar əsasında müzakirələr aparıldı, komanda oyunları təşkil olundu.
27 Yanvar 2019-cu ildə baş tutan və Müsahibəyə hazırlıq" mövzusunu əhatə edən sayca altıncı təlimdə “Müsahibə nədir?”, ”Müsahibənin növləri”, ”Sual növləri”, ”Müsahibə alətləri”, ”Uğursuz müsahibə”, "Müsahibə prosesinin mərhələləri", "Müsahibəyə hazırlığın əhəmiyyəti" və s. mövzular əsasında müzakirələr aparıldı, həmçinin iştirakçılar komandalara bölünərək, praktiki şəkildə müsahibə prosesi haqqında bilik bacarıqlarını artırdılar. Layihə çərçivəsibdə sonuncu təlim 9 Fevral 2019-cu ildə "Public Speaking" mövzusunda Coşqun Kərimovun təqdimatında baş tutdu. Təlimdə "Nitq hazırlığı prosesinin elementləri", "Auditoriya ilə işləmək bacarığı", "Kütlə qarşısında çıxış kompleksi", "Düzgün təqdimatın əhəmiyyəti" və s. mövzular əsasında müzakirələr aparıldı, iştirakçılar praktiki şəkildə bilik bacarıqlarını artırdılar. 23-24 fevral tarixlərində Qəbələ rayonunda layihə iştirakçıları üçün qış məktəbi təşkil olundu. Bu müddət ərzində gənclərin vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradıldı. Düşərgənin əsas məqsədi iştirakçıların layihənin ilk mərhələsi-təlim mərhələsində müxtəlif mövzular üzrə əldə etdikləri biliklərin praktikaya tökülməsi və iştirakçıların öz təhsil müəssisələrində təşkil edəcəkləri seminarlara hazırlıqdan ibarət idi.

Düşərgənin ilk günü iştirakçılar komandalara bölündü və Toğrul Ələkbərin təqdimatında “Komanda deyiləndə nə nəzərdə tutulur?”, “Komanda işi nədir?” və s. suallar ətrafında müzakirələr aparıldı, daha sonra praktiki şəkildə iştirakçılar müxtəlif komanda oyunları oynayaraq, bu mövzu əsasında bacarıqlarını inkişaf etdirdilər. Daha sonra komandalara 10 dəqiqəlik çıxış hazırlanması barədə tapşırıq verildi və həmin çıxışlar digər komandalar tərəfindən qiymətləndirildi. Proqramın davamı olaraq, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olundu, qalib komanda mükafatlandırıldı.
Düşərgənin ikinci günü Toğrul Ələkbərin təqdimatında “Seminar və təlimin fərqi nədir?” “Seminara hazırlıq prosesi”, “Mövzu seçimi”, “Auditoriya ilə işləmək bacarığı”, “Məlumatları hardan əldə etmək olar?”, “Hansı alətlərdən istifadə etmək lazımdır?” və s. mövzular əsasında müzakirələr aparıldı. Komandalara bu mövzu ilə bağlı tapşırıqlar verildi.

Layihənin ikinci mərhələsində isə layihə iştirakçıları təhsil aldıqları universitetlərdə 30 nəfərlik auditoriyaya bu layihə ərzində öyrəndiklərini çatdıracaq, tələbələrin bundan sonrakı karyera planlamalarında onlara dəstək olacaqlar. Bununla da layihə iştirakçıları yüzlərlə gəncin uğur bələdçiləri olacaqlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                         

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !