"Qadın Ürəyi" adlı sərgi keçirildi... - + FOTOLAR (AZpress.AZ Minə Türksoy)

"Qadın Ürəyi" adlı sərgi keçirildi... + FOTOLAR (AZpress.AZ – Minə Türksoy)

https://www.facebook.com/groups/232461030668048/

 

AZpress.AZ informasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, YAP Yasamal təşkilatının qərargahında ARİ və YAP Yasamal təşkilatının təşkilatı dəstəyi ilə sərgi keçirilmişdir . Sərgi 8 mart qadınlar bayramı münasibətilə təşkil olunmuşdu.
Qadın həyatdı ,qadın dünyadı , qadın dəniz simvoludur. Bəzən fırtına qoparan, bəzən isə sakit. Qadın həyat olduğu kimi həm də həyat verəndir. Qadın anadır, qadın yoldaşıdır, sirdaşdır. Qadın əməyi heç bir pul qarşılığında ödənilə bilməz. Bəzən haqsızlıqlara, şiddətə məruz qalan qadınlarımız yenə də usanmadan ailəni ,övladı qoruyur. Bu günkü sərginin mahiyyəti də məhz qadına verilən dəyər və qiymətin nəticəsidir.
Sərgini təşkil edənlərdə əlbəttə ki, xanımlarımızdır.Hər zaman yüksək səviyyədə sərgilərin təşkilinə imza atan Elnurə və Aygün İsgəndərovalar bu sərgidə də öz sözlərini dedilər.Qeyd edək ki,sərgidə mötəbər qonaqlardan olan Tağı Əhmədov rəsm əsərlərinə baxmış ,qadınlarımızı bayram münasibətilə təbrik etmişdir. Sərgidə Azərbaycanda tanınan rəssamların əl işləri sərgilənmişdi.Sonda rəssamlar fəxri fərmanlarla təltif olunmuş və xatirə şəkilləri çəkilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )