Prezident əvəzimizə oturub roman yazacaqdı, yoxsa... - - Aqil ABBAS

“Prezident əvəzimizə oturub roman yazacaqdı, yoxsa...” - Aqil ABBAS

https://www.facebook.com/groups/1110444829106515/

 

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşünü yüksək qiymətləndirirəm. Ulu öndər Heydər Əliyev həmişə mədəniyyət və incəsənət xadimlərinə qayğı ilə yanaşır, onları özü ilə xaricə səfərlərə, rayonlara da aparırdı. Möhtərəm İlham Əliyev də onun yolunu tutub, hər zaman sənət adamlarına, ədəbiyyatçılara, mədəniyyət xadimlərinə xüsusi diqqət göstərir, hər hansı problemləri olanda həll edir.

AZpress.AZ xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib.

O, görüşdə çıxış edən ziyalıların heç birinin şəxsi xahişini dilə gətirmədiyinə diqqət çəkib: "Müzakirələr incəsənətimizdə, mədəniyyət və ədəbiyyatımızda olan ümumi problemlərlə bağlı idi. Anar müəllimin, Fərhad Bədəlbəylinin, Afaq Bəşirqızının və digərlərinin qaldırdığı məsələlərin hamısı incəsənət və mədəniyyət aləmindəki məsələlərə həsr olunmuşdu.

Fikir verdinizsə, ölkə başçısı bütün çıxışları diqqətlə dinləyirdi və hamısını qeyd edirdi, sonra bütün qoyulan məsələlərə bir-bir münasibətini bildirdi. Səsləndirilən problemlərin hamısını bir gündə həll etmək mümkün deyil.

Sevindirici hadisə idi, möhtərəm prezident özü də dedi ki, mütəmadi görüşlər olacaq. Ola bilsin, bir dəfə ədəbiyyatçılarla, bir dəfə teatr işçiləri ilə görüşə bilər. Görüşü və oradakı çıxışları xüsusi zövqlə dinlədim, özüm də yaradıcı adamam. Görüş mənim üçün də böyük önəm daşıyırdı.

Möhtərəm prezident hər zaman qaldırılan problemlərə yüksək səviyyədə operativ reaksiya verir, əminəm ki, görüşdə səslənən problemlər də yaxın zamanda həllini tapacaq”.

Aqil Abbas sosial şəbəkələrdə çıxışçıların konseptual məsələlərə toxunulmaması ilə bağlı açılan müzakirələrdən də danışıb: "Bəziləri deyir ki, konseptual məsələlər qaldırılmadı. Bunlar konseptual məsələ deyəndə nəyi nəzərdə tuturlar?! Prezident bizim əvəzimizə oturub roman yazacaqdı, yoxsa film çəkəcəkdi? Filmlərin vəziyyəti diqqətə çatdırıldı, dərhal yeni filmlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrıldı. Anar müəllim özü mühüm məsələləri qaldırdı. O deyən adamlardan soruşuram, konseptual məsələ nədir, deyin biz də yazaq, prezidentə göndərək.

Aktyorların sosial vəziyyəti, maaşların azlığı, filmlərin çəkilməsi məsələsi elə köklü məsələlər idi də. Deyirlər, filankəs niyə görüşdə yox idi, oraya hamı yığılmamışdı. Bizdə bir qrup insanlar var, hər şeyə dərhal bir bəhanə tapırlar, çalışırlar hər şeydə nöqsan axtarsınlar. Görülən işləri qiymətləndirmək lazımdır, çox gözəl tədbir idi”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !